Topoqraf
Опубликовано 18 ч. назад Источник ↗
Категория Инжиниринг
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vəzifə öhdəlikləri
- Tikinti layihələri üçün topoqrafik ölçümlər aparmaq və dəqiq yer koordinatları hazırlamaq.
- İnşaat sahəsində ölçmə avadanlığlarını düzgün və səmərəli istifadə etmək.
- Xəritə mühəndisi ilə əməkdaşlığ edərək layihə təhlilləri aparmaq.
- Sahədəki dəyişiklikləri və irəliləyişləri müşahidə edərə xəritə mühəndisinə məlumat vermək.
- Yerin təhlilini və ölçmələrini yüksək dəqiqliklə yerinə yetirmək.
- Ölçmə və tədqiqat işlərinin aparılması: Layihə sahələrində topoqrafik və geodeziya ölçmələri aparmaq.
- Sahənin relyefini, sərhədlərini, mövcud tikililəri və kommunikasiya xətlərini müəyyənləşdirmək.
- GPS, teodolit, nişançı alətləri və digər ölçü cihazlarından istifadə etmək.
- Məlumatların işlənməsi və sənədləşmə: Ölçmə nəticələrini işləyib elektron formatda xəritə və planlara köçürmək. Əldə olunan məlumatları layihə komandası və mühəndislərlə paylaşmaq.
- Topoqrafik planların və koordinat cədvəllərinin tərtibatını təmin etmək. Tikinti prosesinə dəstək.
- Layihə üzrə ölçü nişanlarının (baza nöqtələri, oxlar, hündürlüklər və s.) qoyulması və yoxlanması.
- Tikinti işləri zamanı dəqiqliyə nəzarət etmək, dəyişikliklər olduqda ölçmələri yeniləmək.
- Sahə işlərinin layihə və texniki sənədlərə uyğunluğunu təmin etmək. Avadanlıqların idarə edilməsi.
- Ölçü cihazlarının sazlığını və düzgün işləməsini təmin etmək; Gündəlik texniki baxış aparmaq, nasazlıqlar barədə rəhbərliyə məlumat vermək. Əməyin mühafizəsi və təhlükəsizlik.
- Sahə ölçmələri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək; Elektrik, nəqliyyat və tikinti riskləri ilə bağlı ehtiyat tədbirləri görmək.
Tələblər
- Ali təhsil:Geodeziyavə xəritəçəkmə mühəndisliyi ixtisası
- İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il;
- Leica total station ts 06, ts 07, ts 09 seriali cihazlari işlətmə bacarığı
- Nivelir cihazı işlətmə bacarığı
- Kompüter bilikləri: MS Office (əla) və Autocad
- Planlama və təşkilatçılıq qabiliyyəti
- Problemləri həll etmə qabiliyyəti
İş şəraiti
- Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən.
- İş qrafiki: 6 günlük
- Iş yeri Sea breeze
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Q 
Qala Group
Peşəkar, elmi və texniki fəaliyyətlər
Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və…