Q Qala GroupQala Group

Topoqraf

17 saat əvvəl yerləşdirilib Mənbə
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
23 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vəzifə öhdəlikləri

  • Tikinti layihələri üçün topoqrafik ölçümlər aparmaq və dəqiq yer koordinatları hazırlamaq.
  • İnşaat sahəsində ölçmə avadanlığlarını düzgün və səmərəli istifadə etmək.
  • Xəritə mühəndisi ilə əməkdaşlığ edərək layihə təhlilləri aparmaq.
  • Sahədəki dəyişiklikləri və irəliləyişləri müşahidə edərə xəritə mühəndisinə məlumat vermək.
  • Yerin təhlilini və ölçmələrini yüksək dəqiqliklə yerinə yetirmək.
  • Ölçmə və tədqiqat işlərinin aparılması: Layihə sahələrində topoqrafik və geodeziya ölçmələri aparmaq.
  • Sahənin relyefini, sərhədlərini, mövcud tikililəri və kommunikasiya xətlərini müəyyənləşdirmək.
  • GPS, teodolit, nişançı alətləri və digər ölçü cihazlarından istifadə etmək.
  • Məlumatların işlənməsi və sənədləşmə: Ölçmə nəticələrini işləyib elektron formatda xəritə və planlara köçürmək. Əldə olunan məlumatları layihə komandası və mühəndislərlə paylaşmaq.
  • Topoqrafik planların və koordinat cədvəllərinin tərtibatını təmin etmək. Tikinti prosesinə dəstək.
  • Layihə üzrə ölçü nişanlarının (baza nöqtələri, oxlar, hündürlüklər və s.) qoyulması və yoxlanması.
  • Tikinti işləri zamanı dəqiqliyə nəzarət etmək, dəyişikliklər olduqda ölçmələri yeniləmək.
  • Sahə işlərinin layihə və texniki sənədlərə uyğunluğunu təmin etmək. Avadanlıqların idarə edilməsi.
  • Ölçü cihazlarının sazlığını və düzgün işləməsini təmin etmək; Gündəlik texniki baxış aparmaq, nasazlıqlar barədə rəhbərliyə məlumat vermək. Əməyin mühafizəsi və təhlükəsizlik.
  • Sahə ölçmələri zamanı əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək; Elektrik, nəqliyyat və tikinti riskləri ilə bağlı ehtiyat tədbirləri görmək.

Tələblər

  • Ali təhsil:Geodeziyavə xəritəçəkmə mühəndisliyi ixtisası
  • İş təcrübəsi: Müvafiq sahədə minimum 5 il;
  • Leica total station ts 06, ts 07, ts 09 seriali cihazlari işlətmə bacarığı 
  • Nivelir cihazı işlətmə bacarığı
  • Kompüter bilikləri: MS Office (əla) və Autocad 
  • Planlama və təşkilatçılıq qabiliyyəti
  • Problemləri həll etmə qabiliyyəti

İş şəraiti

  • Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən. 
  • İş qrafiki: 6 günlük
  • Iş yeri Sea breeze

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Q Qala Group
Qala Group
Peşəkar, elmi və texniki fəaliyyətlər

Qala Group, yüksək ixtisaslı mütəxəssislər qrupu tərəfindən hazırlanmış memarlıq və inşaat həlləri təklif edən, müasir və yaradıcı bir şirkətdir. Komandamız 2010-cu ildən layihələr həyata keçirir və…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et