CC Capital Construction MMCCapital Construction MMC

Sahə rəisi

Опубликовано 20 ч. назад Источник
Инжиниринг
Ежемесячная зарплата
₼2,000+
Срок подачи
26 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vəzifə öhdəlikləri:

  • Tikinti və quraşdırma işlərinin layihə, norma və qaydalara uyğun, vaxtında və keyfiyyətlə icrasına nəzarət
  • Tikinti işlərində texnoloji ardıcıllığın və iş qrafiklərinin təmin edilməsi
  • Görülən işlərin keyfiyyət göstəricilərinə, həcminə və müddətinə nəzarət
  • İstifadə olunan material və avadanlıqların layihə-smeta sənədlərinə uyğunluğunun yoxlanılması
  • Aşkarlanan qüsurların aradan qaldırılmasının təşkili və gecikmələrin səbəblərinin araşdırılması
  • Tikinti sahəsinin təşkili, əlavə xərclərin qarşısının alınması
  • Təmir, bərpa və yenidənqurma işlərinə nəzarət
  • Təslim-təhvil prosesində iştirak
  • Layihə üzrə tələb olunan sənədlərin və hesabatların hazırlanması
  • Tikintinin başlanması üçün sənədlərin yoxlanılması və normativlərə uyğunluğun təmin edilməsi
  • Anbar təsərrüfatına və maddi sərvətlərin qorunmasına nəzarət
  • Tabelikdə olan işçilərin iş bölgüsünün aparılması və əmək mühafizəsi qaydalarına nəzarət

Namizədə tələblər:

  • Ali təhsil (Tikinti mühəndisliyi, İnşaat mühəndisliyi və ya uyğun sahə üzrə);
  • Tikinti sahəsində minimum 3–5 il müvafiq iş təcrübəsi;
  • Layihə-smeta və işçi cizgilərlə işləmək bacarığı;
  • Tikinti-quraşdırma, təmir, bərpa və yenidənqurma işlərinin təşkili üzrə praktiki biliklər;
  • Texnoloji ardıcıllıq, iş qrafikləri və icra üsulları üzrə biliklər;
  • Material, avadanlıq və konstruksiyaların standart və normativləri üzrə biliklər;
  • Tikinti sənədlərinin (icra sənədləri, aktlar, hesabatlar və s.) tərtibi təcrübəsi;
  • Tabelikdə olan işçilərlə işləmək, iş bölgüsü aparmaq və komandaya rəhbərlik bacarığı;
  • Analitik düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, intizamlılıq və stresə davamlılıq;

İş şəraiti: 

  • İş yeri: Qaradağ r., Nərimanov r., Xətai r. (Namizədin yaşayış yerinə uyğun təyin ediləcək)
  • İş qrafiki: 6 günlük iş həftəsi;
  • Əmək haqqı: 2000-2800 AZN (namizədin bilik, bacarıq və təcrübəsinə əsasən təyin olunacaqdır).

Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Sahə rəisi” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

CC Capital Construction MMC
Capital Construction MMC
Tikinti

Похожие вакансии

Смотреть все