Sahə Satış Nümayəndəsi (Field Sales Representative)
О должности
Namizədə dair tələblər
Cins: Hər ikisi (qadın namizədlərə üstünlük verilir)
Yaş: Tələb olunmur
İş təcrübəsi müddəti: Aktiv satış sahəsində minimum 1 il iş təcrübəsi
Təhsil: Tələb olunmur
Dil bilikləri:
Azərbaycan dili – səlis
Rus dili – üstünlükdür
İngilis dili – üstünlükdür
Digər tələblər:
Satış və ünsiyyət bacarığı yüksək olmalıdır.
Bakı şəhərini yaxşı tanımalıdır.
Gününü müstəqil planlaşdıra bilməlidir.
Kompüterdən sərbəst istifadə etməyi bacarmalı və yeni sistemləri qısa müddətdə mənimsəməlidir.
Şəxsi noutbuk və şəxsi telefonunun olması vacibdir.
Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmalıdır.
Vəzifələr
Həftəlik fəaliyyət planını hazırlamaq və təsdiq üçün təqdim etmək.
Təsdiqlənmiş ərazilər üzrə potensial müştərilərlə görüşlər keçirmək.
Məhsulu müştərilərə təqdim etmək və satış prosesini həyata keçirmək.
Əməkdaşlığa razılıq verən müştərilər üçün məhsulu hazırlamaq və istifadəyə hazır vəziyyətə gətirmək.
Müştərilərin onboarding prosesini tamamlamaq və lazımi dəstəyi göstərmək.
Günün sonunda görülən işlər barədə hesabat təqdim etmək.
Növbəti gün üçün ziyarət ediləcək obyektləri əvvəlcədən planlaşdırmaq və təsdiq üçün göndərmək.
Müştərilərdən gələn sual və təklifləri komanda ilə paylaşmaq.
Müəyyən olunmuş gündəlik, həftəlik və aylıq performans hədəflərinə (KPI) uyğun fəaliyyət göstərmək.
Əməkhaqqı məbləği: Müsahibə əsasında (stabil əmək haqqı + performansa əsaslanan bonus)
Əlavə imkanlar:
Yol xərcləri üçün əlavə ödəniş
Performansa əsaslanan bonus sistemi
Ödənişli 1 aylıq sınaq müddəti
Məhsul və satış üzrə ilkin təlim
Karyera inkişafı imkanı
İş yerinin ünvanı: Bakı şəhəri (iş əsasən sahədə həyata keçirilir)
Həftənin iş günləri: Bazar ertəsi – Cümə
İş saatları: 10:00 – 18:00 (13:30 – 14:30 nahar fasiləsi)
Müraciət qaydası:
Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Sahə Satış Nümayəndəsi” qeyd olunması xahiş olunur.
Haqqında
Alvery Azərbaycanda fəaliyyət göstərən texnologiya şirkətidir. Biz bizneslərin rəqəmsallaşmasını asanlaşdıran müasir həllər hazırlayır və onların inkişafına dəstək oluruq. İnnovasiya, müştəri məmnuniyyəti və davamlı inkişaf prinsiplərini əsas tutaraq sürətlə böyüyən komandamızı yeni əməkdaşlarla genişləndiririk.
Alvery bizneslərin öz onlayn mağazalarını yaratmasına imkan verən bulud əsaslı (SaaS) e-ticarət platformasıdır.
Müraciət üçün son tarix: 10.07.2026