AlveryAlvery

Sahə Satış Nümayəndəsi (Field Sales Representative)

8 saat əvvəl yerləşdirilib Mənbə
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
30 iyul 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Namizədə dair tələblər

  • Cins: Hər ikisi (qadın namizədlərə üstünlük verilir)

  • Yaş: Tələb olunmur

  • İş təcrübəsi müddəti: Aktiv satış sahəsində minimum 1 il iş təcrübəsi

  • Təhsil: Tələb olunmur

Dil bilikləri:

  • Azərbaycan dili – səlis

  • Rus dili – üstünlükdür

  • İngilis dili – üstünlükdür

Digər tələblər:

  • Satış və ünsiyyət bacarığı yüksək olmalıdır.

  • Bakı şəhərini yaxşı tanımalıdır.

  • Gününü müstəqil planlaşdıra bilməlidir.

  • Kompüterdən sərbəst istifadə etməyi bacarmalı və yeni sistemləri qısa müddətdə mənimsəməlidir.

  • Şəxsi noutbuk və şəxsi telefonunun olması vacibdir.

  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmalıdır.

Vəzifələr

  • Həftəlik fəaliyyət planını hazırlamaq və təsdiq üçün təqdim etmək.

  • Təsdiqlənmiş ərazilər üzrə potensial müştərilərlə görüşlər keçirmək.

  • Məhsulu müştərilərə təqdim etmək və satış prosesini həyata keçirmək.

  • Əməkdaşlığa razılıq verən müştərilər üçün məhsulu hazırlamaq və istifadəyə hazır vəziyyətə gətirmək.

  • Müştərilərin onboarding prosesini tamamlamaq və lazımi dəstəyi göstərmək.

  • Günün sonunda görülən işlər barədə hesabat təqdim etmək.

  • Növbəti gün üçün ziyarət ediləcək obyektləri əvvəlcədən planlaşdırmaq və təsdiq üçün göndərmək.

  • Müştərilərdən gələn sual və təklifləri komanda ilə paylaşmaq.

  • Müəyyən olunmuş gündəlik, həftəlik və aylıq performans hədəflərinə (KPI) uyğun fəaliyyət göstərmək.

  • Əməkhaqqı məbləği: Müsahibə əsasında (stabil əmək haqqı + performansa əsaslanan bonus)

Əlavə imkanlar:

  • Yol xərcləri üçün əlavə ödəniş

  • Performansa əsaslanan bonus sistemi

  • Ödənişli 1 aylıq sınaq müddəti

  • Məhsul və satış üzrə ilkin təlim

  • Karyera inkişafı imkanı

  • İş yerinin ünvanı: Bakı şəhəri (iş əsasən sahədə həyata keçirilir)

  • Həftənin iş günləri: Bazar ertəsi – Cümə

  • İş saatları: 10:00 – 18:00 (13:30 – 14:30 nahar fasiləsi)

Müraciət qaydası:

Maraqlanan namizədlər CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Sahə Satış Nümayəndəsi” qeyd olunması xahiş olunur.

Haqqında

Alvery Azərbaycanda fəaliyyət göstərən texnologiya şirkətidir. Biz bizneslərin rəqəmsallaşmasını asanlaşdıran müasir həllər hazırlayır və onların inkişafına dəstək oluruq. İnnovasiya, müştəri məmnuniyyəti və davamlı inkişaf prinsiplərini əsas tutaraq sürətlə böyüyən komandamızı yeni əməkdaşlarla genişləndiririk.

Alvery bizneslərin öz onlayn mağazalarını yaratmasına imkan verən bulud əsaslı (SaaS) e-ticarət platformasıdır.

Müraciət üçün son tarix: 10.07.2026

Oxşar vakansiyalar

Hamısına bax