Satınalma üzrə baş mütəxəssis
О должности
Namizədə olan tələblər:
Ali təhsil;
Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi;
Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);
Microsoft Excel proqramından sərbəst istifadə bacarığı, eləcə də 1C (8.3) proqramında iş təcrübəsi;
Vəzifə öhdəlikləri:
Brendin təmsil edilməsi;
İri həcmli və spesifik araşdırma tələb edən satınalma sifarişlərinin qəbulu və icra edilməsi;
Detallı bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması, daxili tenderlərin təşkil edilməsi;
Təchizatçıların hərtərəfli araşdırılması, təchizatçı profillərinin yaradılması, kateqoriyalaşdırılması;
Ən uyğun tədarükçünün seçilməsi və qiymətləndirilməsi üçün rəhbərinə detallı müqayisə cədvəllərinin (Bids Summary) təqdim edilməsi;
Satınalma sifarişlərinin qruplaşdırılması və planlaşdırılması;
Satınalmalarla bağlı sifarişçilərin problemlərinin təhlil edilməsi və həll edilməsi;
Tədarükçülərlə müqavilələrin bağlanması və müqavilə şərtlərinin müəyyən edilməsi, müvafiq strukturların müqavilə ilə bağlı rəyinin alınması;
Müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi;
Satınalma prosesində baş verə biləcək risklərin müəyyən edilməsi və ehtimalının azaldılması üçün təkliflərin verilməsi;
Bölmə əməkdaşlarına mentorluq edilməsi, istiqamətləndirilməsi, vəzifələrini icra etmələri ilə bağlı yardım edilməsi və nəzarət edilməsi;
Satınalma əməliyyatlarının uçotunun aparılması, 1C-də bununla bağlı tələb olunan əməliyyatların icra olunması;
Bölmə daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsinə nəzarət edilməsi.
İş şərtlərimiz:
İş qrafiki: 5 günlük;
İş saatları: 08:30-17:30.
İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);
Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);
Nahar şirkət tərəfindən təmin olunur.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri
və ya https://careers.ram.az/?vacancy=2496&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.