Ram HoldingRam Holding

Satınalma üzrə baş mütəxəssis

5 saat əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Logistika
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
29 iyul 2026

Vəzifə haqqında

Namizədə olan tələblər:

  • Ali təhsil;

  • Satınalma sahəsində minimum 3-5 il iş təcrübəsi;

  • Azərbaycan dili səlis, yaxşı səviyyədə ingilis dili bilikləri (rus dili bilikləri üstünlük hesab olunur);

  • Microsoft Excel proqramından sərbəst istifadə bacarığı, eləcə də 1C (8.3) proqramında iş təcrübəsi;

Vəzifə öhdəlikləri:

  • Brendin təmsil edilməsi; 

  • İri həcmli və spesifik araşdırma tələb edən satınalma sifarişlərinin qəbulu və icra edilməsi;

  • Detallı bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması, daxili tenderlərin təşkil edilməsi;

  • Təchizatçıların hərtərəfli araşdırılması, təchizatçı profillərinin yaradılması, kateqoriyalaşdırılması;

  • Ən uyğun tədarükçünün seçilməsi və qiymətləndirilməsi üçün rəhbərinə detallı müqayisə cədvəllərinin (Bids Summary) təqdim edilməsi;

  • Satınalma sifarişlərinin qruplaşdırılması və planlaşdırılması;

  • Satınalmalarla bağlı sifarişçilərin problemlərinin təhlil edilməsi və həll edilməsi;

  • Tədarükçülərlə müqavilələrin bağlanması və müqavilə şərtlərinin müəyyən edilməsi, müvafiq strukturların müqavilə ilə bağlı rəyinin alınması;

  • Müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi;

  • Satınalma prosesində baş verə biləcək risklərin müəyyən edilməsi və ehtimalının azaldılması üçün təkliflərin verilməsi;

  • Bölmə əməkdaşlarına mentorluq edilməsi, istiqamətləndirilməsi, vəzifələrini icra etmələri ilə bağlı yardım edilməsi və nəzarət edilməsi;

  • Satınalma əməliyyatlarının uçotunun aparılması, 1C-də bununla bağlı tələb olunan əməliyyatların icra olunması;

  • Bölmə daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsinə nəzarət edilməsi.

İş şərtlərimiz:

  • İş qrafiki: 5 günlük;

  • İş saatları: 08:30-17:30.

  • İş yeri: Binəqədi ray., Mədən küçəsi 4 (Baş Dövlət Yol polisinin yaxınlığı, Neptun Marketlə üzbəüz);

  • Servis xidməti (20 mst, Gənclik mst və Sumqayıt ş.);

  • Nahar şirkət tərəfindən təmin olunur.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə baş mütəxəssis” yazaraq [email protected] elektron poçt ünvanına göndərmələri

və ya https://careers.ram.az/?vacancy=2496&source=UC_HBS8ZI linki vasitəsilə birbaşa müraciət etmələri xahiş olunur.

Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.

Oxşar vakansiyalar

Hamısına bax