Saffron GroupSaffron Group

Satınalma üzrə mütəxəsis

Опубликовано 21 ч. назад Источник
Логистика
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
14 iyul 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş yeri - Amburan İstirahət Kompleksi

Vəzifə haqqında:

  • Restoranın fasiləsiz fəaliyyətini təmin etmək məqsədilə qida məhsulları, içkilər, təsərrüfat malları, avadanlıqlar və digər zəruri materialların keyfiyyət, qiymət və vaxt meyarlarına uyğun şəkildə satın alınmasını təşkil etmək.

Vəzifə öhdəlikləri:

  • Restoranın gündəlik və aylıq satınalma tələbatını planlaşdırmaq.
  • Mətbəx, bar, anbar və digər şöbələrdən daxil olan sifarişləri qəbul edib təhlil etmək.
  • Təsdiq olunmuş büdcəyə uyğun satınalma prosesini həyata keçirmək.
  • Mövcud və yeni təchizatçılar üzrə bazar araşdırması aparmaq.
  • Təchizatçılarla qiymət, ödəniş şərtləri, çatdırılma müddəti və müqavilə şərtləri üzrə danışıqlar aparmaq.
  • Satınalma sifarişlərini hazırlamaq, təsdiq etdirmək və icrasına nəzarət etmək.
  • Məhsulların vaxtında və tam həcmdə çatdırılmasını təmin etmək.
  • Təhvil alınan malların sifarişə, keyfiyyət standartlarına və sənədlərə uyğunluğunu yoxlamaq.
  • Uyğunsuz məhsulların geri qaytarılması və ya dəyişdirilməsi prosesini idarə etmək.
  • Anbar ehtiyatlarını mütəmadi izləmək, minimum və maksimum stok səviyyələrinin qorunmasını təmin etmək.
  • Məhsul qıtlığının və ya artıq ehtiyatın yaranmasının qarşısını almaq.
  • Satınalma sənədlərini, müqavilələri, qiymət siyahılarını və təchizatçı məlumat bazasını mütəmadi yeniləmək.
  • Maliyyə şöbəsi ilə əməkdaşlıq edərək hesab-fakturaların və ödəniş sənədlərinin düzgünlüyünü yoxlamaq.
  • Aylıq satınalma, xərclər və qənaət göstəriciləri üzrə hesabatlar hazırlamaq.
  • Məhsul qiymətlərini və bazar tendensiyalarını izləyərək xərclərin optimallaşdırılması üçün təkliflər vermək.
  • Şirkətin satınalma prosedurlarına, daxili qaydalara və qida təhlükəsizliyi tələblərinə riayət etmək.
  • Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Satınalma və təchizat prosesləri üzrə bilik.
  • Danışıqlar aparmaq və qiymət razılaşmaları əldə etmək bacarığı.
  • Analitik düşüncə və xərclərin optimallaşdırılması bacarığı.
  • HRS, Excel , outlook və digər ofis proqramlarından sərbəst istifadə.
  • Məsuliyyətlilik, operativlik və yüksək təşkilatçılıq bacarığı.
  • Komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı.
  • Vaxtın düzgün idarə olunması və çoxsaylı tapşırıqları eyni vaxtda icra etmək bacarığı.

Bu vakansiya yalnız Azərbaycan vətandaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) Müraciət et düyməsində qeyd olunan elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər. 

Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
Saffron Group
Saffron Group
Mehmanxana və ictimai iaşə xidmətləri

"Saffron" Restoranlar Qrupu öz fəaliyyətinə 2010-cu ildə "Çinar" restoranı ilə başlamışdır. Hal hazırda 19 brenddən ibarət olan qrupun bütün restoranları Bakıda yerləşməkdədir. Ölkənin ən böyük…

Похожие вакансии

Смотреть все