Respublika Diaqnostika MərkəziRespublika Diaqnostika Mərkəzi

Satınalma üzrə mütəxəssis

Опубликовано 18 ч. назад Источник
Логистика
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
1 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Satınalma üzrə mütəxəssislər tələb olunur

  • Tibbi satınalma üzrə mütəxəssis (1 nəfər)
  • Qeyri-tibbi satınalma üzrə mütəxəssis (1 nəfər)

Namizədlərə tələblər: 

  • Ali təhsil;
  • Yaş həddi – 25-40
  • MS Office proqramları üzrə yüksək bacarıqlar; 
  • Ünsiyyət qurma, işgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
  • Müvafiq vəzifədə minimum 1-3 il iş təcrübəsi olanlara üstünlük verilir;
  • 1C, AKGÜN proqramı üzrə biliklər (arzuolunan)
  • Səhiyyə sahəsində müvafiq təcrübə üstünlükdür.

Vəzifə öhdəlikləri:  

  • Detallı bazar araşdırmalarının aparılması, yeni tədarükçülərin tapılması və qiymətləndirilməsi üçün rəhbərinə müqayisə cədvəllərinin təqdim edilməsi;
  • Ən uyğun tədarükçünün seçilməsi 
  • Satınalma sifarişlərinin qruplaşdırılması və planlaşdırılması
  • Satınalmalarla bağlı sifarişçilərin problemlərinin təhlil edilməsi və həll edilməsi;
  • Müqavilə şərtləri üzrə öhdəliklərin vaxtında icra edilməsinə nəzarət edilməsi;
  • Bölmə daxili müvafiq hesabatların hazırlanması, rəhbərə təqdim edilməsi və hesabat fayllarının vaxtı-vaxtında yenilənməsinə nəzarət edilməsi.
  • Müəssisənin tibbi və digər mallara (işlərə və xidmətlərə) olan təlabatının müəyyənləşməsində iştirak etmək
  • Tələb olunan mallar üzrə sifarişlərin hazırlanması;
  • Daxili nizam-intizam qaydalarına əməl edilməsi.
  • İşgüzar problemlər və qayda pozuntuları haqqında struktur rəhbərinə vaxtında düzgün məlumatın verilməsi.

İş şəraiti:

  • İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
  • İş yeri: Bakı şəhəri, Tbilisi pr. 147
  • Əmək haqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşdırılacaqdır.
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun rəsmiləşdirmə

Müraciət üçün namizədlər CV formunu Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Yanlız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Respublika Diaqnostika Mərkəzi
Respublika Diaqnostika Mərkəzi
İnsan sağlamlığı və sosial xidmətlər

Respublika Diaqnostika Mərkəzi- peşəkar həkimlərə və tibb işçilərinə, geniş tibbi infrastruktura və texnologiyaya malik, pasiyent yönümlü, müasir bir tibb müəssisəsidir. Mərkəzimiz, Azərbaycanda…

Похожие вакансии

Смотреть все