P
Phoenix Group

Satış Meneceri

Опубликовано 14 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Категория
Клиентский сервис

О должности

Biz xüsusi hazırlanmış mebel və interyer həllərinin layihələndirilməsi, istehsalı və tətbiqi sahəsində fəaliyyət göstərən şirkətik. Fəaliyyətimiz fərdi yanaşma, keyfiyyət və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanır.

Əsas vəzifələr

  • Bazarı və sektordakı yeni layihələri davamlı izləmək;
  • Otel, restoran, kafe, ofis və digər kommersiya layihələri barədə məlumat toplamaq;
  • Potensial layihələri erkən mərhələdə müəyyən edərək rəhbərliyi məlumatlandırmaq;
  • Memarlar, dizaynerlər, tikinti şirkətləri və korporativ müştərilərlə əlaqələr qurmaq və inkişaf etdirmək;
  • Müştərilərlə görüşlər təşkil etmək və şirkətin məhsul və xidmətlərini təqdim etmək;
  • Müştəri sorğularının qəbulunu və qiymət təkliflərinin hazırlanması prosesini koordinasiya etmək;
  • Təkliflərin və layihələrin sonrakı mərhələlərini izləmək;
  • Satış hədəflərinin icrasına və şirkətin layihə portfelinin genişlənməsinə töhfə vermək;
  • Görülən işlər və yeni imkanlar barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.

Namizədə tələblər

  • Satış sahəsində minimum 5 il iş təcrübəsi;
  • Mebel, interyer, memarlıq və ya tikinti sektorunda təcrübəyə üstünlük verilir;
  • Layihələrin formalaşma mərhələləri və bazarın iş prinsipləri barədə məlumatlı olmaq;
  • Korporativ müştərilərlə işləmək və uzunmüddətli əlaqələr qurmaq bacarığı;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq;
  • Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilini bilmək üstünlükdür.

Təklif edirik

  • Stabil əmək haqqı (razılaşma əsasında);
  • KPI (Əsas Performans Göstəriciləri) sistemi və nəticə əsaslı bonus sistemi;
  • Peşəkar inkişaf imkanları;

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Похожие вакансии

: