P
Aylıq maaş
Maaş razılaşma yolu ilə
- Kateqoriya
- Müştəri xidməti
Vəzifə haqqında
Biz xüsusi hazırlanmış mebel və interyer həllərinin layihələndirilməsi, istehsalı və tətbiqi sahəsində fəaliyyət göstərən şirkətik. Fəaliyyətimiz fərdi yanaşma, keyfiyyət və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanır.
Əsas vəzifələr
- Bazarı və sektordakı yeni layihələri davamlı izləmək;
- Otel, restoran, kafe, ofis və digər kommersiya layihələri barədə məlumat toplamaq;
- Potensial layihələri erkən mərhələdə müəyyən edərək rəhbərliyi məlumatlandırmaq;
- Memarlar, dizaynerlər, tikinti şirkətləri və korporativ müştərilərlə əlaqələr qurmaq və inkişaf etdirmək;
- Müştərilərlə görüşlər təşkil etmək və şirkətin məhsul və xidmətlərini təqdim etmək;
- Müştəri sorğularının qəbulunu və qiymət təkliflərinin hazırlanması prosesini koordinasiya etmək;
- Təkliflərin və layihələrin sonrakı mərhələlərini izləmək;
- Satış hədəflərinin icrasına və şirkətin layihə portfelinin genişlənməsinə töhfə vermək;
- Görülən işlər və yeni imkanlar barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Namizədə tələblər
- Satış sahəsində minimum 5 il iş təcrübəsi;
- Mebel, interyer, memarlıq və ya tikinti sektorunda təcrübəyə üstünlük verilir;
- Layihələrin formalaşma mərhələləri və bazarın iş prinsipləri barədə məlumatlı olmaq;
- Korporativ müştərilərlə işləmək və uzunmüddətli əlaqələr qurmaq bacarığı;
- Güclü ünsiyyət və təqdimat bacarıqları;
- Təşəbbüskar, məsuliyyətli və nəticəyönümlü olmaq;
- Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilini bilmək üstünlükdür.
Təklif edirik
- Stabil əmək haqqı (razılaşma əsasında);
- KPI (Əsas Performans Göstəriciləri) sistemi və nəticə əsaslı bonus sistemi;
- Peşəkar inkişaf imkanları;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.