LE Led.az EventsLed.az Events

Satış meneceri

Опубликовано 15 ч. назад Источник
Клиентский сервис
Ежемесячная зарплата
₼800+
Срок подачи
7 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Hazırda komandamıza dinamik, özünəgüvənən Satış menecerlərini axtarırıq.

Öhdəliklər

  • Yeni korporativ müştərilərin axtarışı, potensial müştəri bazasının genişləndirilməsi
  • Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi
  • Müştəri ehtiyaclarının öyrənilməsi və onlara uyğun həllərin təklif edilməsi
  • Şirkətin məhsul və xidmətlərini korporativ müştərilərə təqdim etmək
  • Satış təqdimatları, görüşlər, demo və təqdimatların hazırlanması və keçirilməsi
  • Qiymət təkliflərinin hazırlanması, müqavilə şərtlərinin razılaşdırılması
  • Satış planının yerinə yetirilməsi, aylıq və rüblük satış hədəflərinə nail olunması
  • Bazar trendlərini izləmək
  • Müştəri davranışlarını və trendləri analiz edərək satış strategiyasına töhfə vermək
  • Satış fəaliyyətləri barədə gündəlik/həftəlik/aylıq hesabatların hazırlanması
  • CRM sistemində məlumatların dəqiq və vaxtında yenilənməsi
  • Müştəri sorğularını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək
  • Brend standartlarına uyğun təqdimat və davranış
  • Şirkəti tədbirlərdə, sərgilərdə və biznes görüşlərində peşəkar şəkildə təmsil etmək

Tələblər

  • Təcrübə: Korporativ satış sahəsində minimum 2-3 il iş təcrübəsi (tədbir təşkilatçılığı sahəsi üstünlükdür).
  • Dil bilikləri: Azərbaycan dili (səlis şifahi və yazılı), ingilis dili və rus dili (orta-yuxarı səviyyədə şifahi və yazılı)
  • Ünsiyyət bacarığı: İşgüzar ünsiyyət etikası, səlis və inandırıcı danışıq bacarığı, təqdimat bacarığı, etirazlarla işləmə və əsaslandıra bilmək bacarığı.

Biz nə təklif edirik?

  • Əmək haqqı: 800-1000 AZN (bacarıqlara əsasən) sabit əmək haqqı + hədəf əsaslı satış bonusları + performans əsaslı KPI bonusları;
  • Korporativ nömrə və noutbuk
  • Praktiki və korporativ satış üzrə peşəkar təlim
  • 6 günlük iş həftəsi

CV-lərinizi “Mövzu” hissəsində ”Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. CV-də satış sahəsində təcrübə və dil bilikləri üzrə tələbləri qarşılayan namizədlərə geridönüş edilir.

Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.

Похожие вакансии

Смотреть все
Откликнуться