Led.az Events Satış meneceri
Posted 15 h ago Source ↗
Category Customer Service
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
Hazırda komandamıza dinamik, özünəgüvənən Satış menecerlərini axtarırıq.
Öhdəliklər
- Yeni korporativ müştərilərin axtarışı, potensial müştəri bazasının genişləndirilməsi
- Mövcud müştərilərlə davamlı əlaqələrin saxlanılması və inkişaf etdirilməsi
- Müştəri ehtiyaclarının öyrənilməsi və onlara uyğun həllərin təklif edilməsi
- Şirkətin məhsul və xidmətlərini korporativ müştərilərə təqdim etmək
- Satış təqdimatları, görüşlər, demo və təqdimatların hazırlanması və keçirilməsi
- Qiymət təkliflərinin hazırlanması, müqavilə şərtlərinin razılaşdırılması
- Satış planının yerinə yetirilməsi, aylıq və rüblük satış hədəflərinə nail olunması
- Bazar trendlərini izləmək
- Müştəri davranışlarını və trendləri analiz edərək satış strategiyasına töhfə vermək
- Satış fəaliyyətləri barədə gündəlik/həftəlik/aylıq hesabatların hazırlanması
- CRM sistemində məlumatların dəqiq və vaxtında yenilənməsi
- Müştəri sorğularını cavablandırmaq, şikayətləri operativ şəkildə həll etmək
- Brend standartlarına uyğun təqdimat və davranış
- Şirkəti tədbirlərdə, sərgilərdə və biznes görüşlərində peşəkar şəkildə təmsil etmək
Tələblər
- Təcrübə: Korporativ satış sahəsində minimum 2-3 il iş təcrübəsi (tədbir təşkilatçılığı sahəsi üstünlükdür).
- Dil bilikləri: Azərbaycan dili (səlis şifahi və yazılı), ingilis dili və rus dili (orta-yuxarı səviyyədə şifahi və yazılı)
- Ünsiyyət bacarığı: İşgüzar ünsiyyət etikası, səlis və inandırıcı danışıq bacarığı, təqdimat bacarığı, etirazlarla işləmə və əsaslandıra bilmək bacarığı.
Biz nə təklif edirik?
- Əmək haqqı: 800-1000 AZN (bacarıqlara əsasən) sabit əmək haqqı + hədəf əsaslı satış bonusları + performans əsaslı KPI bonusları;
- Korporativ nömrə və noutbuk
- Praktiki və korporativ satış üzrə peşəkar təlim
- 6 günlük iş həftəsi
CV-lərinizi “Mövzu” hissəsində ”Satış meneceri” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. CV-də satış sahəsində təcrübə və dil bilikləri üzrə tələbləri qarşılayan namizədlərə geridönüş edilir.
This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
LE 

Led.az Events