CO
Company

Satış Meneceri (Biostimulyator və Bioprotektorlar üzrə)

Опубликовано 13 ч. назад Источник: jobsearch.az ↗
Ежемесячная зарплата
Зарплата по договорённости
Откликнуться
Категория
Клиентский сервис

О должности

 Sahə: Aqrar / Kənd təsərrüfatı

İşin Təsviri:

  • Şirkətimiz aqrar sektorda innovativ bitki qidalanması və mühafizəsi məhsullarının (biostimulyatorlar və bioprotektorlar) satışı sahəsində təcrübəli, dinamik və nəticəyönümlü Satış Meneceri axtarışındadır. Müvafiq namizəd mövcud müştəri bazasını idarə etməli və yeni bazar payı qazanmaq üçün aktiv satış strategiyaları həyata keçirməlidir.

Vəzifə öhdəlikləri:

  • Biostimulyator və bioprotektor qrupuna daxil olan məhsulların aktiv satışını təşkil etmək;
  • Potensial müştəriləri (fermerlər, aqro-mağazalar, iri kənd təsərrüfatı müəssisələri) müəyyən etmək və onlarla işgüzar əlaqələr qurmaq;
  • Müəyyən olunmuş illik satış plan və hədəflərini icra etmək;
  • Satış hesabatlarını mütəmadi olaraq rəhbərliyə təqdim etmək.

Namizədə Dair Tələblər:

  • Aqronomluq, kimya və ya biznesin idarə edilməsi sahəsində ali/orta ixtisas təhsili (Aqrar sahədə təhsil arzuolunandır);
  • Biostimulyatorlar, bioprotektorlar və ya digər bitki mühafizə vasitələrinin satışı sahəsində minimum 3-5 il iş təcrübəsi;
  • Güclü danışıqlar aparmaq, təqdimat və inandırma bacarıqları;
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) və aktiv idarəetmə bacarığı (Ezamiyyətlər üçün).

Təklif edirik:

Şirkətimiz yüksək performans göstərən əməkdaşlar üçün rəqabətədavamlı gəlir və şəffaf bonus sistemi təklif edir:

  • Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq + Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi qeydiyyat;
  • Satış Bonusu: Şirkətin daxili əsasnaməsinə uyğun olaraq, təyin edilmiş illik satış hədəflərini və KPI göstəricilərini uğurla yerinə yetirən əməkdaşlara ilin yekununda müvafiq bonusların ödənilməsi nəzərdə tutulmuşdur;
  • Korporativ nömrə və yanacaq təminatı.
  • İş ünvanı: Bakı, Nərimanov rayonu, Aztex plaza

Maraqlanan namizədlərdən öz CV-lərini mövzu hissəsində "Satış Meneceri (Biostimulyator)" qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. 

Похожие вакансии

: