UnityFood LTD Satış Şöbəsinin Müdiri
О должности
UnityFood LTD MMC komandamıza peşəkar və nəticəyönümlü Satış Şöbəsinin Müdiri vəzifəsi üzrə əməkdaş axtarır.
Əsas vəzifələr:
Şirkətin satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;
Satış komandasının fəaliyyətinin idarə olunması, koordinasiyası və inkişaf etdirilməsi;
Ərazi daxilində müvafiq məhsulların satışını təşkil etmək və nəzarətini həyata keçirməli;
Satış nöqtələri və istehlakçılar ilə görüşmələr etməli;
Məhsulların keyfiyyəti haqqında müştərilərə məlumat verməli;
Məhsulların satış nöqtələrinə çatdırılmasına nəzarət etməlidir.
Satış planlarının hazırlanması, icrasına nəzarət və nəticələrin təhlili;
Müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi;
Satış göstəricilərinin monitorinqi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;
Bazar araşdırmalarının aparılması və rəqabət mühitinin təhlili;
Komandanın motivasiyasının və performansının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi.
Namizədə tələblər:
Bəy namizədlər;
Ali təhsil;
Yaş 25+;
Satış sahəsində iş təcrübəsi mütləqdir;
Rəhbər vəzifədə iş təcrübəsi 1-3 il
FMCG sektorunda iş təcrübəsinə üstünlük verilir (qida və dəniz məhsulları sahəsində, xüsusilə FMCG sektorunda minimum 1-3 il iş təcrübəsi);
Satışın idarə edilməsi, planlaşdırılması və analizi üzrə biliklər;
Güclü liderlik, ünsiyyət və təşkilatçılıq bacarıqları;
MS Office proqramlarında sərbəst işləmək bacarığı;
Nəticəyönümlü, məsuliyyətli və analitik düşüncə tərzi.
İş şəraiti:
İş yeri: Bakı şəhəri;
İş qrafiki: 6 günlük iş həftəsi;
Əmək haqqı: 1500 AZN;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Karyera inkişafı və peşəkar yüksəliş imkanları.
Yalnız uyğun namizədlər CV-lərini Azərbaycan dilində və mövzu hissəsində “Satış Şöbəsinin Müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.
