UnityFood LTDUnityFood LTD

Satış Şöbəsinin Müdiri

3 gün əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
25 iyul 2026

Vəzifə haqqında

UnityFood LTD MMC komandamıza peşəkar və nəticəyönümlü Satış Şöbəsinin Müdiri vəzifəsi üzrə əməkdaş axtarır.

Əsas vəzifələr:

  • Şirkətin satış strategiyasının hazırlanması və icrasının təmin edilməsi;

  • Satış komandasının fəaliyyətinin idarə olunması, koordinasiyası və inkişaf etdirilməsi;

  • Ərazi daxilində müvafiq məhsulların satışını təşkil etmək və nəzarətini həyata keçirməli;

  • Satış nöqtələri və istehlakçılar ilə görüşmələr etməli;

  • Məhsulların keyfiyyəti haqqında müştərilərə məlumat verməli;

  • Məhsulların satış nöqtələrinə çatdırılmasına nəzarət etməlidir.

  • Satış planlarının hazırlanması, icrasına nəzarət və nəticələrin təhlili;

  • Müştəri bazasının genişləndirilməsi və mövcud müştərilərlə münasibətlərin inkişaf etdirilməsi;

  • Satış göstəricilərinin monitorinqi və rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi;

  • Bazar araşdırmalarının aparılması və rəqabət mühitinin təhlili;

  • Komandanın motivasiyasının və performansının artırılması istiqamətində tədbirlərin həyata keçirilməsi.

Namizədə tələblər:

  • Bəy namizədlər;

  • Ali təhsil;

  • Yaş 25+;

  • Satış sahəsində iş təcrübəsi mütləqdir;

  • Rəhbər vəzifədə iş təcrübəsi 1-3 il

  • FMCG sektorunda iş təcrübəsinə üstünlük verilir (qida və dəniz məhsulları sahəsində, xüsusilə FMCG sektorunda minimum 1-3 il iş təcrübəsi);

  • Satışın idarə edilməsi, planlaşdırılması və analizi üzrə biliklər;

  • Güclü liderlik, ünsiyyət və təşkilatçılıq bacarıqları;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Nəticəyönümlü, məsuliyyətli və analitik düşüncə tərzi.

İş şəraiti:

  • İş yeri: Bakı şəhəri;

  • İş qrafiki: 6 günlük iş həftəsi;

  • Əmək haqqı: 1500 AZN;

  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;

  • Karyera inkişafı və peşəkar yüksəliş imkanları.

Yalnız uyğun  namizədlər CV-lərini Azərbaycan dilində və mövzu hissəsində “Satış Şöbəsinin Müdiri” qeyd etməklə [email protected] elektron poçt ünvanına təqdim edə bilərlər.

UnityFood LTD
UnityFood LTD

Oxşar vakansiyalar

Hamısına bax