Satış üzrə məsləhətçi -Gənclik Mall
О должности
Namizədə tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi olmalı;
Kitablar və müəlliflər barədə məlumatlı olmaq;
Azərbaycan dilini mükəmməl bilməli, rus dilini isə yaxşı bilməli (danışıq, özünüifadə baxımından);
Cəld, operativ, diqqətcil və işə qarşı məsuliyyətli olmalı.
Vəzifələr
Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi və müvafiq olaraq yerləşdirilməsi;
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
Mağaza menecerinin tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş barədə:
Növbəli iş qrafiki, həftəiçi 1 gün istirahət;
Stabil əmək haqqı + satışdan faiz verilir.
Müraciət üçün:
Müraciət zamanı məktubun mövzu hissəsində vəzifə adı mütləq qeyd olunaraq CV-nizi [email protected] email adresinə göndərə bilərsiniz.
2017-ci ildə yaradılan “LIBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Bakıda 5, Gəncədə isə 1 filialı fəaliyyət göstərir. “LIBRAFF”ın…