LibraffLibraff

Satış üzrə məsləhətçi -Gənclik Mall

1 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Satış
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
17 iyul 2026

Vəzifə haqqında

Namizədə tələblər

  • Ali təhsil;

  • Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi olmalı;

  • Kitablar və müəlliflər barədə məlumatlı olmaq;

  • Azərbaycan dilini mükəmməl bilməli, rus dilini isə yaxşı bilməli (danışıq, özünüifadə baxımından);

  • Cəld, operativ, diqqətcil və işə qarşı məsuliyyətli olmalı.

Vəzifələr

  • Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi və müvafiq olaraq yerləşdirilməsi;

  • Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;

  • Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;

  • Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;

  • Mağaza menecerinin tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.

İş barədə:

  • Növbəli iş qrafiki, həftəiçi 1 gün istirahət;

  • Stabil əmək haqqı + satışdan faiz verilir.

Müraciət üçün:

Müraciət zamanı məktubun mövzu hissəsində vəzifə adı mütləq qeyd olunaraq CV-nizi [email protected] email adresinə göndərə bilərsiniz.

Libraff
Libraff
Topdansatış və pərakəndə ticarət

2017-ci ildə yaradılan “LIBRAFF” Azərbaycanda ən böyük modern kitab mağazaları şəbəkəsidir. “LIBRAFF” kitab mağazaları şəbəkəsinin Bakıda 5, Gəncədə isə 1 filialı fəaliyyət göstərir. “LIBRAFF”ın…

Oxşar vakansiyalar

Hamısına bax