AZPROM MMCAZPROM MMC

Sənayedə Elektrik

Опубликовано 21 ч. назад Источник
Инжиниринг
Ежемесячная зарплата
₼700+
Срок подачи
1 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş barədə məlumat

  • Müəssisənin elektrik sistemlərinin, avadanlıqlarının və enerji təchizatı xətlərinin layihələndirilməsi, quraşdırılması və texniki istismarına nəzarət etmək;
  • İstehsalat sahəsində istifadə olunan elektrik avadanlıqlarının fasiləsiz və təhlükəsiz işləməsini təmin etmək;
  • Elektrik şitləri, avtomatika sistemləri, mühərriklər, sensorlar və idarəetmə panellərinin sazlanması və texniki xidmətini həyata keçirmək;
  • Elektrik nasazlıqlarını operativ şəkildə diaqnostika etmək və aradan qaldırmaq;
  • Yeni elektrik xətlərinin çəkilməsi, kabel marşrutlarının təşkili və avadanlıqların qoşulmasını təmin etmək;
  • Elektrik yüklərinin hesablanmasını və enerji sərfiyyatının optimallaşdırılmasını həyata keçirmək;
  • PLC, inverter və sənaye avtomatlaşdırma sistemləri ilə bağlı texniki işlərdə iştirak etmək;
  • Texniki çertyoj, elektrik sxemləri və layihə sənədlərini oxumaq və hazırlamaq;
  • İstehsalat avadanlıqlarının preventiv texniki baxış planlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Elektrik təhlükəsizliyi qaydalarına və əməyin mühafizəsi standartlarına uyğun fəaliyyət göstərmək;
  • İstehsalat prosesində yaranan texniki problemlərin həlli üçün digər şöbələrlə koordinasiyalı işləmək;
  • Görülmüş işlər və texniki vəziyyət barədə rəhbərliyə hesabat təqdim etmək.

Namizədə tələblər

  • Elektrik mühəndisliyi və ya müvafiq sahə üzrə ali təhsil;
  • Elektrik sistemləri və sənaye avadanlıqları üzrə texniki biliklər;
  • Elektrik sxemlərini və texniki çertyojları oxuma bacarığı;
  • PLC, avtomatika və sənaye elektrik sistemləri üzrə biliklər üstünlükdür;
  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
  • Analitik düşünmə və texniki problemləri operativ həll etmə bacarığı;
  • MS Office və texniki proqramlarda işləmək bacarığı.

İş şərtləri:

  • İş qrafiki: Həftədə 5 iş günü, saat 08:00-dan 17:00-dək 
  • Əmək haqqı: 700- 800 Azn (iş təcrübəsinə uyğun olaraq əmək haqqı dəyişə bilər)
  • İş yeri: Abşeron rayonu, Fatmayı kəndi, Qara Qarayev küçəsi

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Əlaqə nömrəsi:  050-231-12-06 (HR)

Похожие вакансии

Смотреть все