AF ATS FoodATS Food

SƏTƏM üzrə bölmə müdiri

Опубликовано 14 ч. назад Источник
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
27 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

İş yeri: Sumqayıt şəhəri

Vəzifə öhdəliyi: 

  • İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün təklifləri rəhbərliyə bildirmək;
  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştrak  etmək;
  • Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
  • Şirkətə işə qəbul olan işçilərə  ƏMTT üzrə giriş təlimatı keçmək;
  • Fəhlə və qulluqçuların əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında  nəzarəti həyata keçirmək  və ƏMTT üzrə cavabdeh şəxsərdən işçilərin biliklərinin yoxlamasının keçirilməsini, təkrar təlimatlandırmaların aparılmasını  tələb etmək;
  • Xidmətlərə, şöbələrə  ƏMTT üzrə təlimatların işlənib hazırlanmasında metodik vasitə ilə kömək etmək;
  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
  • İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək; 
  • ƏMTT mühəndisinin işdə olmadığı hallarda nəzarətin rəhbərliyin əmri ilə təyin edilmiş ƏMTT və yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxslər tərəfindən həyata keçirilməsini təmin etmək;
  • İnnovativ təmir və idarəetmə metodlarını tətbiq etmək;
  • İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesində iştirak etmək;
  • Fövqəladə hal təlimlərinin təşkil olunması prosesi və fövqəladə halların idarə olunması prosesində iştirak etmək;
  • İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesi və proseslərin təhlükəsizliyinin dövri təhlili prosesində iştirak etmək;
  • Proseslərin təhlükəsizliyinin dövri təhlili və ilkin yanğınsöndürmə vasitələrinin yoxlanılması prosesində iştirak etmək;
  • Təhlükə potensiallı obyektlərin müəyyənləşdirilməsi və təhlükəsiz istisamarına nəzarət prosesində və SƏTƏM üzrə dövri tədbirlər planının hazırlanması və həyata keçirilməsinə nəzarət prosesində iştirak etmək;
  • Dövri SƏTƏM hesabatlarının təqdim olunması prosesində iştirak etmək;
  • İş yerlərinin əmək şəraitinə görə attestasiya edilməsi prosesində iştirak etmək;
  • Mövsümə uyğun olaraq  işçilərin iş geyimləri ilə təminatı və təhlükəli vəziyyət və fəaliyyət üzrə hesabatların verilməsi prosesində iştirak etmək;
  • Tullantıların idarə olunmasına nəzarət prosesində iştirak.

 Namizədə aid tələblər:

  • Ali təhsil (Texniki sahə üzrə)
  • İstehsalat müəssisəsində min 3-5 il təcrübə mütləqdir
  • Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (yaxşı)  
  • Microsoft Office proqramı üzrə biliklər 
  • Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı

İş qrafiki:

  • 5 günlük iş qrafiki;
  • İş saatı: 09:00-18:00

Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.

Üstünlüklərimiz: 

  • Nahar 
  • Servis 
  • Könüllü tibbi sığorta
  • Korporativ nömrə və danışıq limiti

Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM üzrə bölmə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər

AF ATS Food
ATS Food
Emal sənayesi

Müəssisə 1999 - cu ildə təsis edilmişdir. Hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi…

Похожие вакансии

Смотреть все
Откликнуться