SƏTƏM üzrə bölmə müdiri
Posted 14 h ago Source ↗
Category HR
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
İş yeri: Sumqayıt şəhəri
Vəzifə öhdəliyi:
- İstehsalatda zədələnmə səbəblərinin analizi və qarşısını almaq üçün təklifləri rəhbərliyə bildirmək;
- İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasında iştrak etmək;
- Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi üzrə texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
- Şirkətə işə qəbul olan işçilərə ƏMTT üzrə giriş təlimatı keçmək;
- Fəhlə və qulluqçuların əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında nəzarəti həyata keçirmək və ƏMTT üzrə cavabdeh şəxsərdən işçilərin biliklərinin yoxlamasının keçirilməsini, təkrar təlimatlandırmaların aparılmasını tələb etmək;
- Xidmətlərə, şöbələrə ƏMTT üzrə təlimatların işlənib hazırlanmasında metodik vasitə ilə kömək etmək;
- İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
- İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etməsinə nəzarət etmək;
- ƏMTT mühəndisinin işdə olmadığı hallarda nəzarətin rəhbərliyin əmri ilə təyin edilmiş ƏMTT və yanğın təhlükəsizliyi üzrə cavabdeh şəxslər tərəfindən həyata keçirilməsini təmin etmək;
- İnnovativ təmir və idarəetmə metodlarını tətbiq etmək;
- İş yerlərində təhlükələrin müəyyən olunması və risklərin qiymətləndirilməsi prosesində iştirak etmək;
- Fövqəladə hal təlimlərinin təşkil olunması prosesi və fövqəladə halların idarə olunması prosesində iştirak etmək;
- İşçilərin SƏTƏM üzrə təlimatlandırılması prosesi və proseslərin təhlükəsizliyinin dövri təhlili prosesində iştirak etmək;
- Proseslərin təhlükəsizliyinin dövri təhlili və ilkin yanğınsöndürmə vasitələrinin yoxlanılması prosesində iştirak etmək;
- Təhlükə potensiallı obyektlərin müəyyənləşdirilməsi və təhlükəsiz istisamarına nəzarət prosesində və SƏTƏM üzrə dövri tədbirlər planının hazırlanması və həyata keçirilməsinə nəzarət prosesində iştirak etmək;
- Dövri SƏTƏM hesabatlarının təqdim olunması prosesində iştirak etmək;
- İş yerlərinin əmək şəraitinə görə attestasiya edilməsi prosesində iştirak etmək;
- Mövsümə uyğun olaraq işçilərin iş geyimləri ilə təminatı və təhlükəli vəziyyət və fəaliyyət üzrə hesabatların verilməsi prosesində iştirak etmək;
- Tullantıların idarə olunmasına nəzarət prosesində iştirak.
Namizədə aid tələblər:
- Ali təhsil (Texniki sahə üzrə)
- İstehsalat müəssisəsində min 3-5 il təcrübə mütləqdir
- Azərbaycan dili (əla), rus dili (yaxşı), ingilis dili (yaxşı)
- Microsoft Office proqramı üzrə biliklər
- Yüksək ünsiyyət qabiliyyəti, təqdimat hazırlamaq və təqdimetmə bacarığı
İş qrafiki:
- 5 günlük iş qrafiki;
- İş saatı: 09:00-18:00
Əmək haqqı: Namizədin bilik və bacarığına əsasən təyin edilir.
Üstünlüklərimiz:
- Nahar
- Servis
- Könüllü tibbi sığorta
- Korporativ nömrə və danışıq limiti
Tələblərə cavab verən namizədlər öz CV-lərini “SƏTƏM üzrə bölmə müdiri” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
AF 
ATS Food
Emal sənayesi
Müəssisə 1999 - cu ildə təsis edilmişdir. Hazırda öz fəaliyyət sahələri istiqamətində Azərbaycan bazarında əhəmiyyətli yer tutmaqdadır. Gündəlik istehlak məhsullarına olan təlabatın təmin edilməsi…