Eden Agro MMCEden Agro MMC

SƏTƏMM üzrə mütəxəssis-Oğuz

Опубликовано 2 нед. назад Источник: azvak.az ↗
HR
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
11 iyul 2026

О должности

İş şəraiti

  • İşəgötürən: Eden Agro MMC

  • Struktur: Qarğıdalı emalı zavodu

  • Birbaşa rəhbər: SƏTƏMM üzrə menecer

  • İş yeri: Oğuz

  • İş qrafiki: 6 günlük iş həftəsi (1-5-ci günlər 09:00-17:00, 6-cı gün 09:00-13:00)

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir.

Azərşəkər MMC ölkənin aparıcı aqrar-sənaye qruplarından biri olaraq, kənd təsərrüfatı, emal və istehsal sahələrində fəaliyyət göstərir.

Vəzifə öhdəlikləri:

  • İş yerlərində əməyin mühafizəsinə və texniki təhlükəsizliyinə nəzarət etməsi;

  • İstehsalatda zədələnmə səbəblərinin analizı, qarşısını almaq üçün tədbirlər hazırlamalı və onların həyata  keçirilməsini təşkil etməsi;

  • İş yerlərində sanitar texniki vəziyyətin yoxlanılmasında iştirak etməsi;

  • İş şəraitinin yaxşılaşdırılmasına yönələn kompleks planların hazırlanmasını təşkil etməsi;

  • Müvafiq nümayəndələr ilə birlikdə binaların, tikililərin, maşın və mexanizmlərin, qurğuların, işçilərin kollektiv və fərdi mühafizə vasitələrinin, sanitar-texniki qurğuların vəziyyətini və ventillyasiya sistemlərinin əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin mühafizəsinin tələblərinə uyğunluğunun yoxlanılması;

  • Struktur bölmələrində, istehsalatda ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda tədbirlərin görülməsində iştirak etməsi;

  • Təxliyyə planının hazırlanmasında iştirak edilməsi və işçilərə bu barədə təlimat keçirilməsi;

  • Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;

  • Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;

  • Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;

  • Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi;

  • İşə götürülənlərlə giriş təlimatı aparmalı və işçilərə əməyin mühafizəsi üzrə ortaya çıxan məsələlərin aradan qaldırılmasına köməklik etməsi;

  • Qulluqçuların və mühəndis texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında iştirak etməsi;

  • SƏTƏMM üzrə təlimatların işlənib hazırlanmasında iştirak etməsi;

  • İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etməsi;

  • İşçilərin sağlamlığına təhlükə yarada bilən fəaliyyət növlərini saxlatdırması;

  • Potensial təhlükə mənbəyi olan iş metodları, proseslər, və ya materiallar üzrə işçilərin mühafizəsinə yönəldilmiş tədbirləri məsləhət görməsi;

  • İş şəraitini, avadanlıqları, və təcrübələri təhlükəsizlik standartlarına və dövlətin tələblərinə uyğunluğunu təmin etmək məqsədi ilə onları təftiş etməsi və qiymətləndirməsi. 

Vəzifə tələbləri:

  • Ali təhsil

  • Müvafiq sahə üzrə mütəxəssis kimi ən az 1 il iş təcrübəsi tələb edilir.

  • SƏTƏMM üzrə tələb olunan yerli və beynəlxalq sertifikatların olması 

  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydaları;

  • Təşkilati bacarıqlar,təşəbbüskarlıq, zəruri hallarda təzyiq altında işləmək bacarığı, hesabatlılıq;

  • Yüksək ünsiyyət qabiliyyəti, komanda işində çeviklik;

  • Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli;

  • Həm nəzəri, həm də praktiki biliklərə malik mütəxəssislər

  • Sıx deadline-lar  şəraitində tapşırıqları  vaxtında və keyfiyyətli icra etmə bacarığı;

  • Azərbaycan dili səlis, Rus və İngilis dili arzuolunandır

  • Microsoft Office proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməsi.

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu bölməsində “SƏTƏMM üzrə mütəxəssis (Oğuz)” qeyd edərək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur.

Eden Agro MMC
Eden Agro MMC

Eden Agro MMC, Azərşəkər MMC-nin törəmə şirkəti olmaqla müasir aqrotexniki yanaşmalar və yüksək məhsuldarlıq standartları əsasında bitkiçilik və istehsal proseslərini həyata keçirir. Azərşəkər MMC…

Похожие вакансии

Смотреть все