Şəxsi avtomobili olan Texnik (Bərdə)
О должности
Tələblər:
Namizədin şəxsi avtomobilinin olması mütləqdir!
Minimum 1-2 il iş təcrübəsi
Windows 7, Linux əməliyyat sistemi və bu kimi əməliyyat sistemlərin yükləmə və idarəetmə bacarıqları
Kompyuter avadanlıqların (Hardware) yığılması, quraşdırılması, diaqnostikası və avadanlıqlarda əmələ gələn problemlərin həlli
Word, Excel, Outlook
Problem həll etmək bacarığına malik
Nəticə almağa meyilli
Daim öyrənməyə meyilli
Səbrli, stresə dözümlü
Vəzifə öhdəlikləri
Ödəniş terminallarının planlı şəkildə texniki xidmətinin təmin olunması
Quraşdırılan terminalların yerlərdə təmir, profilaktika işləri
Terminalların ehtiyat hissələrinin dəyişdirilməsi, quraşdırılması
Qeyri-standart hallarda yerlərdə yaranan problemlərin həlli üzrə qərar qəbul edilməsi
İş şəraiti:
İş rejimi həftənin 6 günü (şənbə günü qısa iş günüdür);
Əmək haqqının 15 gündən bir ödənilməsi;
Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
Tibbi sığorta təminatının verilməsi;
Nahar xərcinin təmin olunması;
“Birlikdə istirahət” tədbirlərinin keçirilməsi;
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə məktubun mövzu adı yerində “Texnik (Bərdə)” yazılmalıdır.