One Solution Smeta üzrə Mühəndis
О должности
Namizədə dair tələblər:
İş təcrübəsi: 3-5 ilə qədər;
Tikinti işlərinin keyfiyyətini obyektiv qiymətləndirmə;
Material və konstruksiyalarda qüsurları aşkar etmə bacarığı;
Müqavilə şərtlərinə uyğun smeta tərtib etmək.
Vəzifələr:
Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya və b.);
Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;
Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;
Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;
Sahələrdən gələn texniki hesabatların yoxlanması;
Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək və s.
Əməkhaqqı məbləği: Müsahibə əsasında.
İş yeri: Bakı şəh.
Həftənin iş günləri: Həftədə 6 gün
Müraciət üçün son tarix: 30.06.2026
Müraciət qaydası: Tələblərə cavab verdiyiniz halda CV-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Smeta üzrə Mühəndis” qeyd edilməlidir.
Haqqında: ONE SOLUTION MMC təmir və tikinti sahəsində fəaliyyət göstərən şirkətdir.
