One SolutionOne Solution

Smeta üzrə Mühəndis

2 həftə əvvəl yerləşdirilib Mənbə: azvak.az ↗
Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
9 iyul 2026

Vəzifə haqqında

Namizədə dair tələblər:

  • İş təcrübəsi: 3-5 ilə qədər;

  • Tikinti işlərinin keyfiyyətini obyektiv qiymətləndirmə;

  • Material və konstruksiyalarda qüsurları aşkar etmə bacarığı;

  • Müqavilə şərtlərinə uyğun smeta tərtib etmək.

Vəzifələr:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti işləri üzrə layihə smeta sənədlərinin tərtibatı (Dəmir beton, metal konstruksiya və b.);

  • Layihə/spesifikasiya və smeta arasındakı uyğunsuzluqları müəyyən etmək;

  • Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;

  • Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb rəhbərliyə təqdim olunması;

  • Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;

  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;

  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlər etmək;

  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;

  • Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək və s.

  • Əməkhaqqı məbləği: Müsahibə əsasında.

  • İş yeri: Bakı şəh.

  • Həftənin iş günləri: Həftədə 6 gün

Müraciət üçün son tarix: 30.06.2026

Müraciət qaydası: Tələblərə cavab verdiyiniz halda CV-nizi [email protected] elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. Emailin mövzu hissəsində: “Smeta üzrə Mühəndis” qeyd edilməlidir.

Haqqında: ONE SOLUTION MMC təmir və tikinti sahəsində fəaliyyət göstərən şirkətdir.

One Solution
One Solution

Oxşar vakansiyalar

Hamısına bax