Sous Chef
Режим работы Полная занятость Опыт 3–5 лет Категория Гостеприимство
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
İş barədə məlumat:
Ağ Şəhərdə yerləşən Kitchen Plus restoranına Baş aşpaz köməkçisi (Sous chef) tələb olunur.Vəzifə öhdəlikləri:
Baş aşpazın rəhbərliyi altında mətbəxin gündəlik fəaliyyətinin təşkili və koordinasiya edilməsində iştirak etmək;
Mətbəx heyətinin iş bölgüsünü və gündəlik fəaliyyətini nəzarətdə saxlamaq;
Menyuda yer alan yeməklərin reseptura, texnoloji kartlar və şirkət standartlarına uyğun hazırlanmasını təmin etmək;
Hazırlanan yeməklərin keyfiyyətinə, porsiya ölçülərinə və təqdimatına nəzarət etmək;
Xammal və yarımfabrikatlardan səmərəli istifadə olunmasını təmin etmək, məhsul itkilərinin qarşısını almaq;
Sanitariya-gigiyena, qida təhlükəsizliyi və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək;
Məhsul ehtiyatlarını izləmək, çatışmazlıqlar barədə Baş aşpaza məlumat vermək və sifariş prosesində iştirak etmək;
Yeni əməkdaşların işə adaptasiyasına və təlim prosesinə dəstək göstərmək;
Baş aşpaz olmadıqda mətbəxin işini tam şəkildə idarə etmək və istehsal prosesinin fasiləsiz davam etməsini təmin etmək.
Tələblər:
İş təcrübəsi : 3 ildən 5 ilə qədərYaş : 28 - 40
Cins : Kişi
Baş aşpaz köməkçisi üzrə minimum 2 il iş təcrübəsi;
Azərbaycan və dünya mətbəxi üzrə praktiki bilik və bacarıqlar;
Mətbəx heyətini idarə etmək və komandada effektiv işləmək bacarığı;
Qida təhlükəsizliyi, sanitariya-gigiyena və istehsal standartları barədə bilik;
Məsuliyyətli, operativ, intizamlı və stres altında düzgün qərarvermə bacarığı.
İş qrafiki: günlük 10 saat;
Həftədə 1 gün istirahət
Uyğun namizədlər özləri haqqında məlumatı whatsapp və ya mail adresinə göndərə bilər. Zəng etməməyiniz xahiş olunur. İş saatları daxilində uyğun namizədlərə geri dönüş ediləcəkdir.
KPR
"Kitchen Plus" restoranı