MicroTech LLC Təchizat üzrə mütəxəssis
О должности
İş şəraiti
İş yeri: Çİinar Plaza - Bakı, Heydər Əliyev pr. 152, AZ1029
İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00 – 18:00
Əmək haqqı: Bilik və bacarığa uyğun olaraq
Əsas vəzifə öhdəlikləri:
Xarici və daxili təchizat üzrə bilik və bacarıqların tətbiqi
Təchizat ehtiyaclarının müəyyən olunması və satınalma prosesinin idarə edilməsi
Yerli və beynəlxalq təchizatçılarla danışıqların aparılması; qiymət təkliflərinin toplanması və müqayisəsi
Müqavilələrin hazırlanması və idarə olunması, icrasına nəzarət
Sifarişlərin vaxtında və düzgün icrasının təmin edilməsi
Təchizat zənciri risklərinin təhlili və alternativ təchizatçıların müəyyən edilməsi
Anbar, texniki və layihə komandaları ilə koordinasiyanın aparılması
Logistika və gömrük: Daşımaların təşkili, icra müddətlərinə nəzarət, gömrük brokerləri ilə qarşılıqlı əməkdaşlıq
Tələblər:
Ali təhsil (iqtisadiyyat, logistika, menecment və ya texniki ixtisaslara üstünlük verilir)
Təchizat sahəsində minimum 1-2 il iş təcrübəsi (İT və ya texnologiya layihələrində təcrübə üstünlükdür)
Azərbaycan və ingilis dillərini bilmək (rus dili üstünlükdür)
MS Office proqramlarında işləmək bacarığı
Güclü analitik düşünmə, danışıqlar aparma və vaxtın idarə olunması bacarığı
Məsuliyyətli, detallara diqqətli və komanda ilə effektiv işləmə bacarığı
Təklif edilir:
Peşəkar inkişaf və yeni texnologiyalar üzrə təcrübə qazanmaq imkanı
Stabil iş mühiti
Mehriban və peşəkar iş mühiti
Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Təməli 2017-ci ildə qoyulmuş “MicroTech” MMC Azərbaycanın İKT bazarında yeni texnologiyaların tətbiqi, müxtəlif biznes həllərinin hazırlanması, istehsalat və müxtəlif növ idarəetmə proseslərinin…