DTMDərsimiz Tədris Mərkəzi

Təhsil Məzmunu üçün İllüstrator / Qrafik Dizayner

Опубликовано 20 ч. назад Источник
Дизайн
Ежемесячная зарплата
Зарплата по договорённости
Срок подачи
2 avqust 2026
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Tədris məqsədilə vizual materialları hazırlaya bilən İllüstrator / Qrafik Dizayner axtarılır.

AI alətlərindən yalnız köməkçi vasitə kimi istifadə oluna bilər. Yekun nəticə isə dizayner tərəfindən işlənmiş, redaktə edilə bilən və layihənin vizual üslubuna uyğunlaşdırılmış material olmalıdır.

Vəzifələr:

  • Təhsil məzmununa uyğun personajlar və obyektlər yaratmaq;
  • Vizual materialların məzmunun məqsədinə və hədəf auditoriyaya uyğun olmasını təmin etmək;
  • Məzmun komandası ilə əməkdaşlıq edərək verilən düzəlişləri tətbiq etmək;
  • Lazım olduqda vizual yanaşmalar, alətlər və qrafik resurslar barədə təkliflər vermək;
  • Hazır şəkil kitabxanası olmadığı üçün vizualları sıfırdan hazırlamaq və ya uyğun royalty-free resurslardan istifadə etmək;
  • Vizual materiallar redaktə oluna bilən, stil baxımından ardıcıl və layihənin tələblərinə uyğun hazırlanmalıdır.

Namizədə dair tələblər:

  • Yaş: 20–30;
  • Minimum 1 il iş təcrübəsi;
  • Ali təhsil üstünlükdür;
  • Azərbaycan dilində verilən mətn təsvirlərini düzgün anlamaq;
  • İllüstrasiya və ya qrafik dizayn bacarığı;
  • Məsuliyyətli, detallara diqqətli və düzəlişlərə açıq olmaq.

İş şəraiti

  • İş formatı: Online / evdən işləmə;
  • İş günləri: Bazar ertəsi – Cümə;
  • İş saatları: 09:00 – 18:00;
  • Əməkhaqqı: Razılaşma əsasında.

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

DTM
Dərsimiz Tədris Mərkəzi

Похожие вакансии

Смотреть все
Откликнуться