Təhsil Məzmunu üçün İllüstrator / Qrafik Dizayner
20 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Dizayn
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Tədris məqsədilə vizual materialları hazırlaya bilən İllüstrator / Qrafik Dizayner axtarılır.
AI alətlərindən yalnız köməkçi vasitə kimi istifadə oluna bilər. Yekun nəticə isə dizayner tərəfindən işlənmiş, redaktə edilə bilən və layihənin vizual üslubuna uyğunlaşdırılmış material olmalıdır.
Vəzifələr:
- Təhsil məzmununa uyğun personajlar və obyektlər yaratmaq;
- Vizual materialların məzmunun məqsədinə və hədəf auditoriyaya uyğun olmasını təmin etmək;
- Məzmun komandası ilə əməkdaşlıq edərək verilən düzəlişləri tətbiq etmək;
- Lazım olduqda vizual yanaşmalar, alətlər və qrafik resurslar barədə təkliflər vermək;
- Hazır şəkil kitabxanası olmadığı üçün vizualları sıfırdan hazırlamaq və ya uyğun royalty-free resurslardan istifadə etmək;
- Vizual materiallar redaktə oluna bilən, stil baxımından ardıcıl və layihənin tələblərinə uyğun hazırlanmalıdır.
Namizədə dair tələblər:
- Yaş: 20–30;
- Minimum 1 il iş təcrübəsi;
- Ali təhsil üstünlükdür;
- Azərbaycan dilində verilən mətn təsvirlərini düzgün anlamaq;
- İllüstrasiya və ya qrafik dizayn bacarığı;
- Məsuliyyətli, detallara diqqətli və düzəlişlərə açıq olmaq.
İş şəraiti
- İş formatı: Online / evdən işləmə;
- İş günləri: Bazar ertəsi – Cümə;
- İş saatları: 09:00 – 18:00;
- Əməkhaqqı: Razılaşma əsasında.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
DTM
Dərsimiz Tədris Mərkəzi