Azersun Holding Təlim və inkişaf üzrə Baş mütəxəssis
Режим работы Полная занятость Опыт 1–3 года Категория Образование
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- İstehsalat sahələrində iş proseslərini, avadanlıqların istifadə qaydalarını və əməkdaşların mövcud bacarıq səviyyəsini analiz etmək;
- Operator, mexanik, elektrik və digər texniki heyət üzrə təlim ehtiyaclarını müəyyən etmək;
- Avadanlıqların istismar təlimatları, texnoloji xəritələr və SOP-lar əsasında bacarıq matrislərini hazırlamaq və mütəmadi yeniləmək;
- Ustalar, sex rəisləri və istehsalat rəhbərləri ilə birlikdə bilik və bacarıq boşluqlarını müəyyənləşdirmək;
- İllik və aylıq texniki təlim planlarını hazırlamaq və icrasını izləmək;
- Yeni avadanlıq və texnologiyaların tətbiqi zamanı daxili və ya istehsalçı şirkət tərəfindən keçiriləcək təlimləri təşkil etmək;
- Yeni işə qəbul olunan texniki heyət üçün adaptasiya, mentorluq və iş yerində öyrənmə proseslərini qurmaq;
- Daxili təlimçiləri müəyyən etmək və “Train the Trainer” prosesini koordinasiya etmək;
- Xarici təlim və sertifikatlaşdırma qurumları ilə əlaqə saxlamaq, təlimlərin təşkilini təmin etmək;
- Təlimlərin defektli məhsul, dayanma vaxtı, iş qəzaları və digər istehsalat itkilərinə təsirini ölçmək;
- Təlim nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
Xüsusi tələblər
- Ali təhsil: mühəndislik, mexanika, sənayenin təşkili və idarə olunması, insan resursları və ya əlaqəli sahələr üzrə;
- İstehsalat, ağır sənaye, fabrik və ya texniki sahələrdə təlimlərin təşkili üzrə minimum 2-3 il iş təcrübəsi;
- Texniki heyət, operatorlar və istehsalat işçiləri ilə işləmə təcrübəsi;
- Bacarıq matrisi, təlim ehtiyaclarının təhlili və təlim planlaşdırılması üzrə biliklər;
- Lean Production, 5S, OEE və istehsalat səmərəliliyi anlayışları barədə ümumi bilik;
- SƏTƏM qaydaları və texniki təhlükəsizlik tələbləri üzrə anlayış;
- Təqdimat, fasilitasiya və kommunikasiya bacarıqları;
- MS Office proqramları ilə işləmək bacarığı;
- HRM/LMS sistemləri ilə iş təcrübəsi üstünlükdür.
Üstünlük veriləcək:
- Texniki təlim materiallarının hazırlanması təcrübəsi;
- Daxili təlimçi və ya mentorluq sisteminin qurulmasında iştirak;
- Sertifikatlaşdırma prosesləri ilə iş təcrübəsi;
- İstehsalat göstəriciləri və təlim nəticələri arasında əlaqəni analiz etmək bacarığı;
- Müxtəlif səviyyəli texniki heyətlə effektiv ünsiyyət qurmaq bacarığı.

Azersun Holding
Emal sənayesi
1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətidir. Qida sektorunda…