ATB Bank Texniki Analitika üzrə mütəxəssis, Rəqəmsal Transformasiya Mərkəzi
Категория ИТ
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Təsvir
Vəzifə haqqında
Texniki Analitika üzrə mütəxəssis biznes tələblərinin texniki həllərə çevrilməsi, məlumatların analiz edilməsi və sistemlərarası inteqrasiyaların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək. Namizəd bank və ya maliyyə sistemləri üzrə analitik düşüncə qabiliyyətinə malik olmalı, biznes və texniki komandalar arasında effektiv əməkdaşlığı təmin etməlidir.
Vəzifə öhdəlikləri
- Biznes tələblərini toplamaq və texniki spesifikasiyalara çevirmək;
- Sistemlər üzrə analiz aparmaq və təkmilləşdirmə təklifləri vermək;
- Texniki sənədləri hazırlamaq, yeniləmək və aktuallığını təmin etmək;
- Məlumatları analiz etmək və hesabatlar hazırlamaq;
- İnkişaf komandası ilə koordinasiyalı işləmək və texniki dəstək göstərmək;
- Test proseslərində iştirak etmək və nəticələri analiz etmək;
- Sistemlərarası inteqrasiya proseslərini izləmək və dəstəkləmək.
Tələblər
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri, İnformasiya Sistemləri, Tətbiqi Riyaziyyat və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil;
- Azərbaycan dilini sərbəst, ingilis dilini orta səviyyədə bilmək (rus dilini bilmək üstünlükdür);
- Texniki analitika, biznes analitikası və ya oxşar sahə üzrə 1–3 il iş təcrübəsi (bank və ya maliyyə sektorunda təcrübə üstünlükdür);
- Biznes tələblərinin təhlili, texniki sənədləşdirmə və analitik düşünmə bacarığı;
- Problem həll etmə, detallara diqqət və məsuliyyətli yanaşma;
- Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı, təşəbbüskarlıq.
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.
AB 

ATB Bank
Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi…