AB ATB BankATB Bank

Texniki Analitika üzrə mütəxəssis, Rəqəmsal Transformasiya Mərkəzi

Bakı Posted 2 h ago Source
IT
Monthly salary
Salary negotiable
Application deadline
15 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

Təsvir

Vəzifə haqqında

Texniki Analitika üzrə mütəxəssis biznes tələblərinin texniki həllərə çevrilməsi, məlumatların analiz edilməsi və sistemlərarası inteqrasiyaların dəstəklənməsi istiqamətində fəaliyyət göstərəcək. Namizəd bank və ya maliyyə sistemləri üzrə analitik düşüncə qabiliyyətinə malik olmalı, biznes və texniki komandalar arasında effektiv əməkdaşlığı təmin etməlidir.

Vəzifə öhdəlikləri

  • Biznes tələblərini toplamaq və texniki spesifikasiyalara çevirmək;
  • Sistemlər üzrə analiz aparmaq və təkmilləşdirmə təklifləri vermək;
  • Texniki sənədləri hazırlamaq, yeniləmək və aktuallığını təmin etmək;
  • Məlumatları analiz etmək və hesabatlar hazırlamaq;
  • İnkişaf komandası ilə koordinasiyalı işləmək və texniki dəstək göstərmək;
  • Test proseslərində iştirak etmək və nəticələri analiz etmək;
  • Sistemlərarası inteqrasiya proseslərini izləmək və dəstəkləmək.


Tələblər

  • İnformasiya Texnologiyaları, Kompüter Elmləri, İnformasiya Sistemləri, Tətbiqi Riyaziyyat və ya digər müvafiq ixtisaslar üzrə ali təhsil;
  • Azərbaycan dilini sərbəst, ingilis dilini orta səviyyədə bilmək (rus dilini bilmək üstünlükdür);
  • Texniki analitika, biznes analitikası və ya oxşar sahə üzrə 1–3 il iş təcrübəsi (bank və ya maliyyə sektorunda təcrübə üstünlükdür);
  • Biznes tələblərinin təhlili, texniki sənədləşdirmə və analitik düşünmə bacarığı;
  • Problem həll etmə, detallara diqqət və məsuliyyətli yanaşma;
  • Güclü kommunikasiya və komanda ilə işləmək bacarığı, təşəbbüskarlıq.
This job is also on other sites
Ishly brings the whole market together — no need to check each site separately.
AB ATB Bank
ATB Bank

Öz gücünüzə inanırsınızsa, inkişafa iddialı və əməksevərsinizsə, Sizi komandamızda görməkdən məmnun olarıq! “Azər-Türk Bank” ASC 25 may 1995-ci ildə təsis edilmiş, Azərbaycan Respublikası Mərkəzi…

Similar jobs

See all
Apply