Proxima Tech Solutions Texniki Dəstək üzrə Mütəxəssis
Режим работы Полная занятость Категория ИТ
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Mağazalarda və Baş Ofisdə istifadə olunan kompüter, printer, POS, tərəzi , skaner və digər İT avadanlıqlarına texniki dəstəyin göstərilməsi.
- İstifadəçilərdən daxil olan müraciətlərin (Incident və Request) ServiceNow vasitəsi ilə qəbul edilməsi, və müəyyən olunmuş SLA müddətlərinə uyğun şəkildə həll edilməsi.
- Yeni mağazaların açılışı, avadanlıqların qurulumu , dəyişdirilməsi və digər İT layihələrində iştirak edilməsi.
- Windows əməliyyat sisteminin, ofis proqramlarının və digər korporativ proqram təminatlarının quraşdırılması, sazlanması və dəstəklənməsi.
- Şəbəkə printer və digər periferiya avadanlıqları ilə bağlı problemlərin aradan qaldırılması.
- Yeni əməkdaşlar üçün kompüter, istifadəçi hesabı, e-poçt və digər İT resurslarının hazırlanması və istifadəyə verilməsi.
- İT avadanlıqlarının qeydiyyatının aparılması, təhvil-təslim proseslərinin icra edilməsi və inventar uçotunun təmin edilməsi.
- Lazım olduqda mağazalara ezam olunaraq yerində texniki dəstəyin təmin edilməsi.
- İnformasiya təhlükəsizliyi qaydalarına və şirkətin daxili İT prosedurlarına riayət edilməsi.
Xüsusi tələblər
- Windows əməliyyat sistemləri üzrə yaxşı bilik.
- Kompüter avadanlıqları və periferiya qurğuları ilə işləmə bacarığı.
- Əsas şəbəkə bilikləri (TCP/IP, DHCP, DNS,).
- Microsoft Office proqramları ilə işləmə bacarığı.
- Problemləri analiz etmə və operativ həll etmə bacarığı.
- Komandada işləmək, məsuliyyətlilik.
- Sürücülük vəsiqəsinin olması üstünlük hesab olunur.
PTS 

Proxima Tech Solutions