A Arash CompanyArash Company

Tibbi Məhsulların Qeydiyyatı üzrə Mütəxəssis / Ofis Meneceri (Hibrid vəzifə)

Bakı Опубликовано 1 ч. назад Источник
Полная занятость 1–3 года HR
Ежемесячная зарплата
₼800 – 1,000
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
Подписаться

О должности

Vakansiyanın təsviri

Tibbi məhsulların dövlət qeydiyyatı

  • Tibbi avadanlıqların, tibbi təyinatlı məmulatların, kosmetik vasitələrin və dərman preparatlarının dövlət qeydiyyatı prosesinin təşkili və idarə olunması;
  • Səhiyyə Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə rəsmi yazışmaların və kommunikasiyanın aparılması;
  • Xarici istehsalçılarla daimi əlaqə saxlayaraq qeydiyyat üçün tələb olunan sənədlərin toplanması və koordinasiyası;
  • Texniki dosyelərin və qeydiyyat sənədlərinin hazırlanması;
  • Xarici sənədlərin tərcüməsi, notarial təsdiqi və leqallaşdırılması prosesinin təşkili;
  • Dövlət qeydiyyatlarının etibarlılıq müddətinin izlənilməsi və yenilənməsi;
  • İdxal icazələrinin və digər tənzimləyici sənədlərin hazırlanması və izlənilməsi.

Ofis idarəçiliyi

  • Gündəlik ofis fəaliyyətinin koordinasiyası;
  • Rəsmi yazışmaların və sənəd dövriyyəsinin idarə olunması;
  • Görüşlərin, və biznes səfərlərinin təşkili;
  • Yerli və xarici ezamiyyətlər üçün aviabilet və otel rezervasiyalarının təşkili;
  • Xarici tərəfdaşlar, təchizatçılar və xidmət göstərən şirkətlərlə gündəlik kommunikasiyanın aparılması;
  • Digər inzibati və back-office işlərinin icrası.

Xüsusi tələblər

  • Ali təhsil (Farma, Tibb, Biznesin İdarəedilməsi, Hüquq və ya digər uyğun ixtisaslar);
  • Minimum 1-2 il iş təcrübəsi;
  • Tibbi məhsulların və ya dərman vasitələrinin qeydiyyatı sahəsində təcrübə üstünlük hesab olunur;
  • Azərbaycan dilində sərbəst yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis dili – yüksək səviyyədə (mütləqdir);
  • Rus dili – yaxşı səviyyədə (mütləqdir);
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint) sərbəst işləmək bacarığı;
  • Analitik düşüncə və problemləri operativ həll etmə bacarığı;
  • Detallara yüksək diqqət və sənədlərlə işləmək bacarığı;
  • Yüksək təşkilatçılıq və vaxtın effektiv idarə olunması bacarığı;
  • Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma;
  • Güclü ünsiyyət və komanda ilə işləmək bacarığı

Müraciət etmək üçün: [email protected]
Эта вакансия есть и на других сайтах
Ishly собирает весь рынок в одном месте — не нужно проверять каждый сайт отдельно.

Похожие вакансии

Смотреть все