Marpro Logistics Debitor və Kreditor Borcları üzrə Nəzarətçi (AP/AR Controller)
О должности
Debitor və Kreditor Borcları üzrə Nəzarətçi (AP/AR Controller)
Qeyd - Xahiş edirik, CV göndərməzdən əvvəl bu elanı diqqətlə oxuyun.
Vəzifənin Təsviri
- Bakı ofisimizdə komandamıza qoşulacaq, analitik düşüncəli, diplomatik və nəticəyönümlü Debitor və Kreditor Borcları üzrə Nəzarətçi axtarırıq.
- Bu, ənənəvi mühasibat işi deyil — bu vəzifə 3 ölkə (Azərbaycan, Gürcüstan, Türkiyə) ofisi arasında vəsaitin koordinasiyası, ödəniş intizamının qorunması, kredit limitlərinin idarəsi və debitor borclarının vaxtında yığımı üzərində fokuslanıb.
Bu Vəzifənin Əsas Strateji Missiya və Hədəfi:
- Debitor borclarının vaxtında yığılmasına nail olmaq və ödəniş intizamını təmin etmək.
İdeal namizəd:
- Müştəri və təchizatçılarla ödəniş qaydalarını müəyyən edəcək;
- Kredit limitlərini və möhlət şərtlərini tətbiq edərək satış departamentini yönləndirəcək;
- Hər bir yük üzrə alacaq və ödəniş xərclərini tarixlərinə görə planlaşdıracaq;
- Debitor borclarının vaxtında yığılmasına dair tədbirlər planı hazırlayacaq və tətbiq edəcək;
- Gecikmiş alacaqları məbləğ və müddətə görə əmsallarla sıralayaraq prioritetləşdirəcək;
- Gündəlik və həftəlik dəqiq ödəniş planına sahib olub gecikmələri idarə edəcək;
- 3 ofislə daimi əlaqədə olaraq həftəlik ödəniş öhdəliklərini müəyyən edib vəsait paylaşımını planlaşdıracaq;
- Ofislərin sabit xərclərinin ödənişini planlaşdıracaq;
- Böyük həcmli məlumatları Excel/ERP sistemində sistemli şəkildə idarə edəcək.
Tələblər (Kvalifikasiya)
- Təhsil: Ali təhsil (Maliyyə, İqtisadiyyat, Mühasibat uçotu və ya Biznesin idarə edilməsi sahəsində);
- Təcrübə: Maliyyə planlaması, ödəniş intizamı, debitor/kreditor borclarının idarəsi və ya kredit nəzarəti sahəsində 1–3 illik iş təcrübəsi;
- Excel: MS Excel-də peşəkar səviyyə (Pivot, VLOOKUP, mürəkkəb düsturlar, Dashboard);
- ERP: 1C, SAP, QuickBooks və ya analoji ERP proqramları ilə işləmək bacarığı;
- Böyük data ilə iş: Böyük həcmli məlumatlarla işləmək, hesabatlar hazırlamaq səriştəsi;
- İngilis dili: İşgüzar səviyyədə (B2 və yuxarı) — beynəlxalq yazışmalar və hesabatlılıq üçün mütləqdir;
- Rus və ya Türk dili: Bilmək üstünlükdür.
Xarakter və Davranış Tələbləri
- Namizəd yüksək ünsiyyət qabiliyyətinə malik, diplomatik, lakin israrlı olmalıdır;
- Bu vəzifə müştərilərlə, təchizatçılarla və ofislərarası münasibətlərdə çətin situasiyaları idarə etməyi tələb edir;
- Namizəd müxtəlif ünsiyyət situasiyalarında özünü saxlamaq, sakit, balanslı və peşəkar mövqeyini qorumaq bacarığına malik olmalıdır;
- Çətin müştərilərlə işləyərkən nəzakətli israrlılıq, səbr və emosional dayanıqlılıq tələb olunur;
- Bu vəzifə aktiv ünsiyyət, sürətli qərar qəbul etmə və müxtəlif çətinliklərə qarşı çeviklik tələb edir. Sıxıntılı vəziyyətlərdə özünü itirən, çətinlik çəkən və ya emosional təzyiq altında məhsuldarlığını itirən şəxslərə tövsiyə olunmur.
İş Şəraiti
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə tam uyğun sənədləşmə;
- İş qrafiki: Həftədə 5 gün, saat 09:00-dan 18:00-dək (ofis daxili);
- Geniş, müasir və hər şəraiti olan rahat ofis.
Biz Təklif Edirik
- Sürətlə böyüyən beynəlxalq logistika şirkətində maliyyə proseslərinin qurulmasında və formalaşmasında birbaşa iştirak imkanı;
- Təcrübəyə və bazar standartlarına uyğun rəqabətədavamlı əməkhaqqı;
- Korporativ nömrə, danışıq vaxtı və internet paketi;
- Mehriban, dəstəkləyici və beynəlxalq komanda mühiti.
Maraqlanan namizədləri CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməklərini xahiş edirik. Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Sürətlə böyüyən beynəlxalq logistika şirkətində karyeranızı bizimlə qurun!
Accounts Payable & Receivable Controller (AP/AR Controller)
Important: We kindly request you to read this vacancy announcement thoroughly before forwarding your CV.
Position Overview
- We are looking for an analytical, diplomatic, and results-driven Accounts Payable & Receivable Controller to join our team in Baku, Azerbaijan.
- This is not a traditional accounting role – this position is focused on cash flow coordination across 3 country offices (Azerbaijan, Georgia, Türkiye), maintaining payment discipline, managing credit limits, and ensuring timely collection of accounts receivable.
Key Strategic Mission & Objective:
- To ensure timely collection of accounts receivable and maintain payment discipline across all operations.
Ideal Candidate will:
- Establish and stabilize payment rules with customers and suppliers;
- Apply credit limits and installment terms, guiding the sales department accordingly;
- Plan receivables and payables for each shipment based on timelines, updating schedules in line with cargo movement;
- Develop and implement action plans for timely collection of receivables;
- Prioritize overdue receivables by ranking them using coefficients based on amount and delay duration;
- Maintain accurate daily and weekly payment schedules and manage payment delays;
- Coordinate continuously with all 3 offices to determine weekly payment obligations and allocate funds accordingly;
- Plan and ensure payment of fixed office expenses;
- Systematically manage large volumes of data using Excel/ERP systems.
Qualifications
- Education: Bachelor's degree in Finance, Economics, Accounting, Business Administration, or a related field;
- Experience: 1–3 years of solid experience in financial planning, payment discipline, accounts payable/receivable management, or credit control;
- Excel: Advanced proficiency in MS Excel (Pivot Tables, VLOOKUP, complex formulas, Dashboards);
- ERP: Hands-on experience with 1C, SAP, QuickBooks, or similar ERP systems;
- Data Management: Ability to work with large datasets and generate reports;
- English: Business-level fluency (B2 or higher) – mandatory for international correspondence and reporting;
- Russian or Turkish: Knowledge is a strong asset.
Character & Behavioral Requirements
- The candidate must possess strong communication skills, be diplomatic yet assertive;
- This role requires managing difficult situations with customers, suppliers, and cross-office stakeholders;
- The candidate must demonstrate composure, balance, and professionalism in various communication scenarios;
- Dealing with challenging clients requires courteous persistence, patience, and emotional resilience;
- This position demands active communication, rapid decision-making, and adaptability to diverse challenges. Candidates who lose composure under pressure, struggle with difficult conversations, or experience productivity loss under emotional stress are not recommended for this role.
Working Conditions
- In strict accordance with the Labour Code of the Republic of Azerbaijan;
- Working hours: 09:00 – 18:00, 5 days a week (in-office);
- Modern, spacious, and fully equipped comfortable office.
What We Offer
- Direct involvement in building and shaping financial processes within a fast-growing international logistics company;
- Competitive salary based on experience and market standards;
- Corporate mobile number, talk time, and internet data package;
- A friendly, supportive, and multicultural team environment.
How to Apply
- Interested candidates are kindly requested to send their CVs to the e-mail address in the Apply for job button with the subject line "Accounts Payable & Receivable Controller".
- Please note that only shortlisted candidates who meet the requirements will be invited for an interview.
Build your career with a rapidly expanding international logistics company!
