Velosiped kiralama şirkətində Elektronika üzrə texnik
О должности
Vəzifə öhdəlikləri:
Elektron velosipedlərdə və avadanlıqlarda (kilid sistemləri, GPS modulları, batareyalar və s.) ilkin diaqnostikanın aparılması
Tipik nasazlıqların aşkarlanması və aradan qaldırılması (naqillər, kontakt problemləri, sadə komponentlərin dəyişdirilməsi)
Elektronika üzrə mütəxəssislə birlikdə texniki işlərin icrası
Qurğuların gündəlik texniki vəziyyətinin yoxlanılması
Aşkarlanmış texniki nasazlıqların qeydiyyatı və izlənməsi
Tələblər:
Elektronika üzrə baza biliklər (mütləqdir)
Sadə elektron sxemləri oxuma bacarığı
Elektron komponentlər və elektron lövhələr (PCB) haqqında anlayış
Texniki nasazlıqları məntiqi analiz etmə bacarığı
Əl alətləri və ölçü cihazları ilə işləmə bacarığı
Rus dili biliyi (texniki ünsiyyət səviyyəsində)
Üstünlükdür:
Lehimləmə bacarığı
Elektron avadanlıqların təmiri üzrə təcrübə
Şirkət təklif edir:
Praktiki təcrübə qazanmaq və peşəkar inkişaf imkanı
Stabil iş mühiti
Real texniki layihələrdə iştirak
Karyera inkişafı perspektivi
İş qrafiki: 6 günlük (şənbə- yarım gün)
Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Elektronika üzrə texnik” yazaraq [email protected] ünvanına və ya 0552039889 nömrənin vatsapına göndərmələri xahiş olunur (CV-siz müraciətlərə baxılmayacaq)