Vergilər üzrə mühasib
Режим работы Полная занятость Опыт 1–3 года Категория Финансы
Подпишитесь на похожие вакансии
Новые похожие вакансии — на Email или в Telegram.
О должности
Vakansiyanın təsviri
- Vergilər ilə bağlı gündəlik tapşırıqların yerinə yetirilməsi (Onlayn Kargüzarlığın, məktubların, Kameral məktubların yoxlanılması və Vergilər Nazirliyinə cavablandırılması);
- Vəzifə öhdəliklərini yerinə yetirmək üçün mühasibatlıq şöbəsi və digər şöbələrlə müntəzəm əlaqənin təşkili;
- Yeni layihələr üçün Obyekt Kodlarının əldə edilməsi (Pərakəndə satışın genişləndirilməsi komandasından sənədlərin yoxlanılması, çatışmayan sənədlər və səhvlər barədə məlumat verilməsi);
- Aylıq ƏDV hesabatının təqdim edilməsi üçün hazırlanması (ƏDV depozit hesabının təhlili);
- Qeyri-rezidentin ƏDV-si, Satış zamanı ödənilməli ƏDV, debitor borclarının hesablanması üçün mühasibat sistemindən məlumatların çıxarılması;
- Alınmış bütün vergi hesab-fakturaları ilə ödənişlərin tutuşdurulması;
- Bəyanat vergi hesab-fakturalarının təhlili, ilkin vergi hesab-fakturalarının müəyyən edilməsi (əvvəlki aylarda bərpa oluna bilən olub-olmadığını, bu vergi hesab-fakturalarının ödənişlərini yoxlamaq);
- Aylıq əmlak vergisinin hesablanması və müxabirləşmələr uçot sisteminə daxil edilməsi;
- Statistika Komitəsinə aylıq hesabatların təqdim edilməsi (Satış, İnvestisiya, Xidmət);
- Mənfəət və Əmlak vergisi hesabatları, illik satışlar və İT avadanlıqları haqqında hər il Statistika Komitəsinə hesabatların təqdim edilməsi;
- Marketlərin yerləşdiyi əraziyə görə rüblük İnvestisiya hesabatının Statistika Komitəsinə təqdim edilməsi;
- Ödəmə mənbəyindən tutulan vergi hesabatının hesablanması və Vergilər Nazirliyinə təqdim edilməsi (icarə, xidmət, nəqliyyat, lisenziya ilə bağlı ödənişlərin mühasibat sistemindən çıxarılması), səhv ödənişlərin və hesablamaların təhlili;
- Debitor və kreditor borcları haqqında ətraflı məlumatın Vergilər Nazirliyinə təqdim edilməsi;
- Hər bir təchizatçı üçün bərpa prosesi üçün məlumatların toplanması (vergi hesab-fakturaları, ödənişlər).
Xüsusi tələblər
- Mühasibat uçotu, maliyyə və ya digər müvafiq ixtisas üzrə bakalavr dərəcəsi;
- Vergi Məcəlləsi üzrə biliklər;
- Müvafiq vəzifədə ən azı 2 il iş təcrübəsi;
- Orta səviyyədə İngilis dili;
- Mühasibat proqramları və tətbiqləri ilə tanış olmaq;
- ACCA sertifikatlarına üstünlük verilir;
- Microsoft Office proqramlarından (xüsusilə Excel cədvəlləri, düsturlar, diaqramlardan) mükəmməl istifadə etmə bacarıqları;
- Araşdırma bacarıqları;
- Ünsiyyət bacarıqları;
- Məsuliyyətlilik;
- Daimi son tarixlərə cavab vermək bacarığı;
- Fərqli vəzifələrdə çalışan işçilərlə həm müstəqil, həm də birgə şəkildə çalışmaq bacarığı;
- Analitik bacarıqlar.
BS 
Bravo Supermarket