İTŞ İdeal Tibb Şirkətiİdeal Tibb Şirkəti

Anesteziya üzrə Tibb Bacısı

18 saat əvvəl yerləşdirilib Mənbə
Səhiyyə
Aylıq maaş
₼700+
Son müraciət tarixi
5 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İş şəraiti

  • İş yeri: Diamed klinikası
  • İş qrafiki: Tam ştat həftənin 6 günü
  • Əmək haqqı: 700 azn

Vəzifə öhdəlikləri:

  • Əməliyyat öncəsi xəstələrin hazırlanmasında iştirak etmək;
  • Anestezioloq həkimə əməliyyat zamanı asistentlik etmək;
  • Anesteziya aparatlarının və tibbi avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etmək;
  • Xəstələrin həyati göstəricilərinin monitorinqində iştirak etmək;
  • Dərman preparatlarının düzgün saxlanılması və istifadəsini təmin etmək;
  • Tibbi sənədləşməni vaxtında və düzgün aparmaq;
  • Sanitariya-gigiyena və infeksiya nəzarəti qaydalarına əməl etmək.

Namizədə tələblər:

  • Tibb bacısı ixtisası üzrə orta ixtisas və ya ali təhsil;
  • Anesteziologiya və reanimasiya sahəsində iş təcrübəsi;
  • Müvafiq sertifikatların olması üstünlükdür;
  • Komandada işləmək bacarığı;
  • Məsuliyyətli, diqqətli və operativ olmaq;
  • Növbəli iş qrafikində çalışma imkanı.

Təklif edirik:

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar inkişaf və təlim imkanları;
  • Müasir tibbi avadanlıqlarla işləmək imkanı;
  • Rəqabətli əmək haqqı.

CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin və mövzu hissəsində "Anesteziya üzrə Tibb Bacısı" qeyd edin.

İTŞ İdeal Tibb Şirkəti
İdeal Tibb Şirkəti
İnsan sağlamlığı və sosial xidmətlər

Oxşar vakansiyalar

Hamısına bax