Aplikasyon üzrə mütəxəssis
20 saat əvvəl yerləşdirilib Mənbə ↗
Vəzifə haqqında
PulsMed MMC şirkətinin portfelinə daxil olan laboratoriya diaqnostikası, tibbi avadanlıqlar, reagentlər və sərf materialları üzrə istifadəçi təlimlərinin təşkili, cihazların istifadəyə verilməsi və müştərilərə yüksək səviyyəli texniki-aplikasiya dəstəyinin göstərilməsi istiqamətində fəaliyyət göstərəcək peşəkar komanda üzvü axtarırıq.
İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: 5 günlük (09:00–18:00)
- Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Əsas vəzifə öhdəlikləri və gözləntilər
- Tibbi laboratoriya avadanlıqlarının quraşdırılması və istifadəyə verilməsi prosesində iştirak etmək.
- İstifadəçi təlimlərini təşkil etmək və keçirmək.
- Texniki və tətbiqi sorğuları cavablandırmaq.
- Məhsul təqdimatları və seminarlar keçirmək.
- Xarici istehsalçıların təlimlərində iştirak etmək.
- Region və xarici ezamiyyətlərdə iştirak etmək.
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar
- Ali təhsil (Laborator diaqnostika, biologiya, tibb və ya əlaqəli sahələr).
- Laboratoriya avadanlıqları üzrə təcrübə üstünlükdür.
- Təlim və təqdimat bacarığı.
- MS Office bilikləri.
- İngilis dili, rus dili üstünlükdür.
- Komandada işləmək və məsuliyyətlilik.
Təklif olunan üstünlüklər
- Korporativ təlim və inkişaf imkanları.
- Xarici istehsalçıların təlimlərində iştirak.
- Karyera yüksəlişi və bonus imkanları.
- Yerli və beynəlxalq tədbirlərdə iştirak.
Namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.
P 
Pulsmed