P PulsmedPulsmed

Aplikasyon üzrə mütəxəssis

Posted 20 h ago Source
Monthly salary
Salary negotiable
Application deadline
6 avqust 2026

About this role

PulsMed MMC şirkətinin portfelinə daxil olan laboratoriya diaqnostikası, tibbi avadanlıqlar, reagentlər və sərf materialları üzrə istifadəçi təlimlərinin təşkili, cihazların istifadəyə verilməsi və müştərilərə yüksək səviyyəli texniki-aplikasiya dəstəyinin göstərilməsi istiqamətində fəaliyyət göstərəcək peşəkar komanda üzvü axtarırıq.

İş şəraiti

  • İş yeri: Bakı
  • İş rejimi: 5 günlük (09:00–18:00)
  • Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.

Əsas vəzifə öhdəlikləri və gözləntilər

  • Tibbi laboratoriya avadanlıqlarının quraşdırılması və istifadəyə verilməsi prosesində iştirak etmək.
  • İstifadəçi təlimlərini təşkil etmək və keçirmək.
  • Texniki və tətbiqi sorğuları cavablandırmaq.
  • Məhsul təqdimatları və seminarlar keçirmək.
  • Xarici istehsalçıların təlimlərində iştirak etmək.
  • Region və xarici ezamiyyətlərdə iştirak etmək.
  • Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.

Tələb olunan bilik və bacarıqlar

  • Ali təhsil (Laborator diaqnostika, biologiya, tibb və ya əlaqəli sahələr).
  • Laboratoriya avadanlıqları üzrə təcrübə üstünlükdür.
  • Təlim və təqdimat bacarığı.
  • MS Office bilikləri.
  • İngilis dili, rus dili üstünlükdür.
  • Komandada işləmək və məsuliyyətlilik.

Təklif olunan üstünlüklər

  • Korporativ təlim və inkişaf imkanları.
  • Xarici istehsalçıların təlimlərində iştirak.
  • Karyera yüksəlişi və bonus imkanları.
  • Yerli və beynəlxalq tədbirlərdə iştirak.

Namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər.

Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.

Similar jobs

See all
Apply