Baş aplikasyon mütəxəssisi (Laboratoriya diaqnostikası üzrə)
Posted 20 h ago Source ↗
Category IT
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
About this role
PulsMed MMC laboratoriya diaqnostikası sahəsində yüksək peşəkarlığa malik, tibbi laboratoriya sistemlərinin tətbiqi, istifadəçi təlimlərinin təşkili və aplikasyon komandasının fəaliyyətinin koordinasiyası istiqamətində çalışacaq təcrübəli mütəxəssis axtarır.
İş şəraiti
- İş yeri: Bakı
- İş rejimi: 5 günlük (09:00–18:00)
- Əmək haqqı: Müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq müəyyən edilir.
Əsas vəzifə öhdəlikləri və gözləntilər
- Aplikasiya komandasına metodoloji və texniki rəhbərlik etmək.
- Tibbi laboratoriya avadanlıqlarının istifadəyə verilməsi prosesini koordinasiya etmək.
- İstifadəçi təlim proqramlarını hazırlamaq və həyata keçirmək.
- Yeni məhsulların tətbiqi zamanı klinik və texniki konsultasiya vermək.
- İstehsalçı şirkətlərlə elmi-texniki əlaqələri idarə etmək.
- Satış və servis komandalarına texniki dəstək göstərmək.
- Xarici təlimlərdə iştirak etmək və bilikləri komanda ilə paylaşmaq.
- Region və xarici ezamiyyətlərdə iştirak etmək.
- Rəhbərliyin digər tapşırıqlarını yerinə yetirmək.
Tələb olunan bilik və bacarıqlar
- Ali tibb və ya laborator diaqnostika üzrə ali təhsil.
- Klinik laboratoriya sahəsində minimum 3 il təcrübə.
- Klinik biokimya, hematologiya, immunologiya üzrə biliklər.
- Təlim və təqdimat bacarığı.
- İngilis dili (mütləq), rus dili üstünlükdür.
- Liderlik və komanda idarəetmə bacarığı.
Təklif olunan üstünlüklər
- Korporativ təlim və inkişaf imkanları.
- Xarici istehsalçıların təlimlərində iştirak.
- Karyera yüksəlişi və bonus imkanları.
- Yerli və beynəlxalq tədbirlərdə iştirak.
Namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsində vəzifənin adını qeyd etməklə göndərə bilərlər.
Qeyd: Mövzu hissəsi düzgün qeyd olunmayan müraciətlərə baxılmayacaq.
P 
Pulsmed