PC Prime CottonPrime Cotton

Aqronom ( Zərdab filialı )

Zərdab 5 saat əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Kənd təsərrüfatı
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Təsvir

  • Əkinə yararlı torpaqların seçilməsi; Kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının və torpaqların münbitliyinin artırılması istiqamətində aqrotexniki tədbirlər hazırlamalıdır;
  • Toxum fondlarının yaradılması, yüksək keyfiyyətli cins toxum və əkin materiallarının yetişdirilməsi işlərini təşkil etməlidir;
  • Torpağı gübrə verilməsi üçün hazırlamalı və tədbirlər görməlidir;
  • Əkinlərə qulluq üçün təqvim qrafiki hazırlamalıdır;
  • Bölgüyə əsasən ona həvalə edilmiş ərazi nümayəndələrinin işinə daima nəzarət etməlidir;
  • Fermerlərlə daima təmasda olaraq onlara bütün növ aqrotexniki tədbirlər barədə izah və məlumatlar verməli ;
  • Ziyanvericilərlə mübarizədə çeviklik nümayiş etdirməli və tabeçiliyində olan şəxsi heyəti səfərbər etməlidir;
  • Üzvi və mineral gübrələr, herbisidlər və zərərli kiməvi maddələrdən düzgün istifadəni təmin etmək;
  • Bitkiçilik sahəsində cari və perspektiv tapşırıqların yerinə yetirilməsi, əməyin düzgün təşkili, iş normalarıın yerinə yetirilməsinə nəzarət.

Tələblər

  • Təhsil: Ali, orta-ixtisas təhsili
  • Təcrübə: 3 il iş stajı
  • Dil Bilikləri: Azərbaycan
  • Kompyuter bilikləri: MS Office proqramları bilikləri üstünlükdür

Texniki Bilikləri:

  • Sahələrin və bağların  becərilməsinin qabaqcıl metodlarından  məlumatlı olmalıdır
  • Zərərvericilər, bitkilərin xəstəlikləri və alaq otları ilə mübarizə texnologiyasını bilməlidir
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmalıdır
  • Pambıqçılıq barədə praktiki və nəzəri biliklərə malik olmalıdır  
  • Torpaq sahələrinin əkin üçün seçilməsi, erroziyadan müdafiəsi, ekoloji mühitin qorunması, suvarma və irriqasiya şəbəkələrinin mühafizəsi barədə bütün təlimatları bilməlidir

PC Prime Cotton
Prime Cotton
Emal sənayesi

Prime Cotton has more than 25 years of experience in Azerbaijan’s non-oil economy. We are growing, and stockpiling cotton in 15 out of 20 cotton cultivating regions of the country with further…

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et