TW The WOOThe WOO

Aşpaz köməkçisi, Kiçik aşpaz, Ofisiant və Xadimə/Qabyuyan

1 gün əvvəl yerləşdirilib Mənbə
Qonaqpərvərlik
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
12 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

İşəgütötürən: The WOO

  1. Demi Chef (Aşpaz köməkçisi)

Vəzifə öhdəlikləri:

  • İsti və soyuq şöbə üzrə mətbəx əməliyyatlarının yüksək səviyyədə icrası;

  • Modern Azərbaycan və Avropa mətbəxi üzrə biliklər;

  • Mətbəxin bütün əməliyyatlarına nəzarət olunmasında iştirak etmək və komanda ilə koordinasiyalı fəaliyyət göstərmək;

  • Texniki təhlükəsizlik, əməyin mühafizəsi qanunvericiliyinə və SƏTƏM siyasətlərinə mütləq riayət etmək.

Tələblər:

  • Yaş həddi: 24 – 35 yaş;

  • Təcrübə: minimum 2-3 il mütləqdir (Premium seqment Restoran və ya Hotel təcrübəsi olanlara üstünlük verilir);

  • Məsuliyyətli, nizam-intizamlı və punktual;

İş şərtləri:

  • Ünvan: Ağ Şəhər və Sea Breeze (The WOO restaurant)

  • İş qrafiki: 10 saat (6 günlük növbəli iş qrafiki)

  • İstirahət: Həftədə 1 gün;

  • Şirkət tərəfindən naharla təmin olunma

  • Transfer - Sea Breeze (Koroğlu metro stansiyası)

  • Əmək haqqı: Müsahibə zamanı fərdi şəkildə namizədin bilik və bacarığlarına əsasən təyin olunur.

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində mütləq “Demi-Chef” qeyd edərək göndərmələri xahiş olunur.

  1. Commis (Kiçik Aşpaz)

Vəzifə öhdəlikləri:

  • Təyin edilmiş stansiyada (soyuq və ya isti) məhsulların hazırlanmasın yerinə yetirmək.

  • Sanitariya və təhlükəsizlik standartlarına uyğun işləmək

  • İş günü sonunda stansiyanı səliqəli və təmiz vəziyyətdə təhvil vermək

  • Reseptlərə və texniki kartlara tam uyğun məhsul hazırlamaq

  • Yeni texnikaları öyrənməyə və inkişaf etməyə açıq olmaq

Tələblər:

  • Yaş həddi: 20 – 35 yaş;

  • Təcrübə: ən az 1-2 il;

  • Məsuliyyətli, nizam-intizamlı və punktual;

  • Komandada işləmək bacarığı

İş şərtləri:

  • Ünvan: Ağ Şəhər və Sea Breeze (The WOO restaurant)

  • İş qrafiki: 10 saat (6 günlük növbəli iş qrafiki)

  • İstirahət: Həftədə 1 gün;

  • Şirkət tərəfindən naharla təmin olunma

  • Transfer - Sea Breeze (Koroğlu metro stansiyası)

  • Əmək haqqı: Müsahibə zamanı fərdi şəkildə namizədin bilik və bacarığlarına əsasən təyin olunur.

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində mütləq "Commis (Kiçik Aşpaz)" qeyd edərək göndərmələri xahiş olunur.

  1. Ofisiant:

Tələblər:

  • Yaş həddi: 21–35 yaş;

  • Dil bilikləri: Azərbaycan dili və Rus dili (yaxşı səviyyədə Mütləqdir), İngilis dili (arzuolunandır);

  • Təcrübə: ən azı 1-2 il;

  • Vəzifə öhdəlikləri:

  • Qonaqlara menyu və içki siyahılarını təqdim etmək və aydın izah vermək

  • Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək;

  • Masaüstü servis qaydalarına uyğun şəkildə masa qurmaq və toplamaq

  • Masa və Servis zonasının təmizlik, nizam-intizam və gigiyenayasına nəzarət etmək

  • Sifarişləri düzgün şəkildə qəbul etmək və vaxtında təqdim etmək

  • Növbənin təhvil-təslimi zamanı şöbənin prosedurlarına əməl etmək

Şəxsi keyfiyyətlər:

  • Gülərüzlülük və stresə davamlılıq

  • Problemləri operativ həll etmə bacarığı

  • Məsuliyyətlik ,Dəqiqlik, Çeviklik

  • Xoş ünsiyyət bacarığı;

İş şəraiti:

  • Ünvan: Ağ Şəhər və Sea Breeze

  • İş qrafiki: 6 günlük; gündəlik 9-10 saat (2 növbəli işrejiminə uyğunlaşa bilmək bacarığı)

  • Transfer - Sea Breeze (Koroğlu metro stansiyası)

  • Şirkət tərəfindən naharla təmin olunma

  • Əmək haqqı: 600-800 Azn + Service Charge + Tips (ortalama gəlir 1000-1200);

Müraciət qaydası: Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində "Ofisiant" qeyd edərək göndərməniz xahiş olunur.

  1. Xadimə / Qabyuyan

Vəzifə öhdəlikləri:

  • Gündəlik təmizlik və dezinfeksiya işlərinin icra olunması

  • Sanitar qovşaqların təmizliyini icra etmək

  • Mətbəxdə istifadə olunan qab-qacaqların yuyulması ,təmiz saxlanılması , təmizlənmiş qabların təyin olunmuş yerlərə yerləşdirilməsi

  • Qabyuyan avadanlıqlardan düzgün istifadə

  • Təmizlik qaydalarına və gigiyena standartlarına riayət edilməsi

  • Tullantıların vaxtında toplanması və utilizasiyası

Tələblər:

  • Bəylər və Xanimlar

  • Yaş həddi: 50 yaşa qədər

  • Operativ, təmizkar

  • Fiziki işə dözümlülük;

İş şəraiti:

  • İş qrafiki: 6 günlük; gündəlik 9-10 saat (2 növbəli işrejiminə uyğunlaşa bilmək bacarığı)

  • Həftədə 1 gün istirahət

  • Şirkət tərəfindən naharla təmin olunma

  • Əməkhaqqı: 600-650 AZN + Bonus

  • Ünvan: Ağ Şəhər və Sea Breeze

  • Transfer - Sea Breeze (Koroğlu metro stansiyası)

Müraciət qaydası: Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına, mövzu hissəsində " Xadimə/Qabyuyan " qeyd edərək göndərməniz xahiş olunur.

TW The WOO
The WOO
Mehmanxana və ictimai iaşə xidmətləri

Oxşar vakansiyalar

Hamısına bax