Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti MMC Aşpaz
Vəzifə haqqında
Voltaj Elektrik Quraşdırma və Təmir Tikinti MMC-dən vakansiya: Aşpaz tələb olunur
Vəzifə öhdəlikləri:
– Menyuya uyğun olaraq yeməklərin yüksək keyfiyyətlə və vaxtında hazırlanmasını təmin etmək.
– Mətbəxdə istifadə olunan ərzaqların keyfiyyətinə, təravətinə və saxlama müddətlərinə daimi nəzarət etmək.
– Mətbəx avadanlıqlarının, qab-qacağın və iş səthlərinin daim təmiz və gigiyenik vəziyyətdə saxlanılmasını təmin etmək.
– Ərzaq ehtiyatlarını vaxtında yoxlamaq, çatışmazlıqlar yarandıqda təchizat üçün rəhbərliyə məlumat vermək.
– Yeməklərin porsiyalanması və təqdimatı zamanı estetik görünüşə və standartlara riayət etmək.
– İş prosesində tullantıların minimuma endirilməsinə və ərzaqların qənaətlə istifadəsinə nəzarət etmək.
– Aşpaz formasına, şəxsi gigiyenaya və mətbəxdə təhlükəsizlik qaydalarına (qaz, elektrik və kəsici alətlərlə iş zamanı) ciddi riayət etmək.
Namizədlərə tələblər:
– Təhsil: Orta xüsusi
– İş təcrübəsi: 1 ildən 3 ilə kimi
İş şərtləri:
– İş qrafiki: 6 günlük iş həftəsi
– İş vaxtı: 09:00-dan 18:00-kimi
Əmək haqqı:
– Başlanğıc aylıq məvacib 900 manat təşkil edir
– AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Müraciət üçün:
– Göstərilən tələblərə uyğun namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Aşpaz” yazaraq [email protected] epoçt ünvanına göndərmələri xahiş olunur.
- Diqqət:
1. Yalnız vakansiya tələblərinə uyğun olan namizədlərə geri dönüş olunacaq
2. Yalnız qeyd olunmuş ünvanına gələn cv-lərə baxılacaq
3. Zəng üzərindən müraciətlər qəbul olunmur
4. Tələbələr və Part-time iş axtaranlar üçün uyğun deyil
