Audit üzrə təcrübəçi
18 saat əvvəl yerləşdirilib Mənbə ↗
Kateqoriya Maliyyə
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Nexia Azerbaijan Audit Təcrübə Proqramına namizədlər qəbul edir.
Karyeranı audit sahəsində qurmaq, peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək istəyən yeni məzunları komandamıza qoşulmağa dəvət edirik.
Qeyd: Təcrübə proqramı tam ödənişlidir və iştirakçılarla Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun rəsmi əmək müqaviləsi bağlanılır.
İş təsviri
- Beynəlxalq Audit Standartlarına (ISA) uyğun audit layihələrində audit komandasına dəstək göstərmək;
- Müştərilərin maliyyə hesabatlarının hazırlanması və yoxlanılması prosesində dəstək göstərmək;
- Digər peşəkar xidmət layihələrində dəstək göstərmək;
- Audit zamanı yaranan məsələlərin araşdırılmasında komanda üzvlərinə kömək etmək;
- Komandanın gündəlik fəaliyyətində və digər tapşırıqların icrasında aktiv iştirak etmək.
Tələblər
- Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznes ixtisası üzrə məzun ;
- Azərbaycan dillində yaxşı səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı;
- Microsoft Office proqramlarından, xüsusilə Excel-dən istifadə bacarığı;
- Analitik düşünmə və detallara diqqət yetirmək bacarığı;
- Komandada işləmək və öyrənməyə həvəsli olmaq;
- Məsuliyyətli, təşəbbüskar və operativ işləmək bacarığı;
- Ezamiyyətlərdə iştirak etməyə hazır olmaq;
- Tam iş qrafiki ilə işləmək və zərurət olduqda əlavə iş saatlarında işləməyə hazır olmaq.
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində müraciət etdikləri vəzifənin adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiya digər saytlarda da var
Ishly bütün vakansiyaları bir yerə toplayır — hər saytı ayrıca yoxlamağa ehtiyac yoxdur.
NA 
Nexia Azerbaijan