Toyota Abşeron Mərkəz Avto rəngsaz-Gəncə
Vəzifə haqqında
İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi;
Vəzifə öhdəlikləri:
Avtomobillərin kuzov hissələrinin rənglənməsi üçün səthin hazırlanmasını (təmizləmə, macunlama, astarlama və cılalanma) həyata keçirmək;
Rəng koduna uyğun boya hazırlamaq, qarışdırmaq və avtomobil hissələrini istehsalçı standartlarına uyğun rəngləmək;
Boyama işlərini boya kamerasında və təhlükəsizlik qaydalarına riayət etməklə yerinə yetirmək;
Boyanmış səthlərin keyfiyyətini yoxlamaq, zərurət yarandıqda cilalama və son tamamlama işlərini həyata keçirmək;
Boyama prosesində istifadə olunan avadanlıqların, boya tapançalarının və digər alətlərin saz vəziyyətdə saxlanılmasını təmin etmək;
Boya, lak, astar, həlledici və digər kimyəvi materiallardan təlimatlara uyğun istifadə etmək;
İş prosesində avtomobilin digər hissələrinin zədələnməsinin qarşısını almaq və yüksək keyfiyyət standartlarını təmin etmək;
Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək.
Namizədə olan tələblər:
Avto rəngsazı vəzifəsində müvafiq iş təcrübəsi;
Avtomobil boyama texnologiyaları, boya növləri və rəng uyğunlaşdırılması üzrə biliklər;
Boya kamerası, boya tapançası və digər rəngləmə avadanlıqları ilə işləmək bacarığı;
Kimyəvi maddələrin təhlükəsiz istifadəsi, saxlanılması və utilizasiyası qaydalarını bilmək;
Məsuliyyətli, diqqətli, dəqiq və keyfiyyət yönümlü olmaq;
Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
Digər məlumatlar:
İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi;
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
6 günlük iş rejimi (bazar ertəsi – şənbə) ;
Vəzifə üzrə əmək haqqı: 509 AZN + bonus;
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
