TAM Toyota Abşeron MərkəzToyota Abşeron Mərkəz

Avto rəngsaz-Gəncə

Posted 6 h ago Source
Sales
Monthly salary
Salary negotiable
Application deadline
23 avqust 2026
Subscribe to similar jobs
Get new similar jobs by Email or Telegram.
Subscribe

About this role

İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi;

Vəzifə öhdəlikləri:

  • Avtomobillərin kuzov hissələrinin rənglənməsi üçün səthin hazırlanmasını (təmizləmə, macunlama, astarlama və cılalanma) həyata keçirmək;

  • Rəng koduna uyğun boya hazırlamaq, qarışdırmaq və avtomobil hissələrini istehsalçı standartlarına uyğun rəngləmək;

  • Boyama işlərini boya kamerasında və təhlükəsizlik qaydalarına riayət etməklə yerinə yetirmək;

  • Boyanmış səthlərin keyfiyyətini yoxlamaq, zərurət yarandıqda cilalama və son tamamlama işlərini həyata keçirmək;

  • Boyama prosesində istifadə olunan avadanlıqların, boya tapançalarının və digər alətlərin saz vəziyyətdə saxlanılmasını təmin etmək;

  • Boya, lak, astar, həlledici və digər kimyəvi materiallardan təlimatlara uyğun istifadə etmək;

  • İş prosesində avtomobilin digər hissələrinin zədələnməsinin qarşısını almaq və yüksək keyfiyyət standartlarını təmin etmək;

  • Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ekoloji tələblərə riayət etmək.

Namizədə olan tələblər:

  • Avto rəngsazı vəzifəsində müvafiq iş təcrübəsi;

  • Avtomobil boyama texnologiyaları, boya növləri və rəng uyğunlaşdırılması üzrə biliklər;

  • Boya kamerası, boya tapançası və digər rəngləmə avadanlıqları ilə işləmək bacarığı;

  • Kimyəvi maddələrin təhlükəsiz istifadəsi, saxlanılması və utilizasiyası qaydalarını bilmək;

  • Məsuliyyətli, diqqətli, dəqiq və keyfiyyət yönümlü olmaq;

  • Komandada işləmək və verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;

Digər məlumatlar:

  • İş yeri: Gəncə şəhəri, Gəncə- Şəmkir yolun sağ tərəfi;

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;

  • 6 günlük iş rejimi (bazar ertəsi – şənbə) ;

  • Vəzifə üzrə əmək haqqı: 509 AZN + bonus;

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

TAM Toyota Abşeron Mərkəz
Toyota Abşeron Mərkəz

Similar jobs

See all