Avtomatika üzrə Aparıcı Mühəndis
İş rejimi Tam ştat Təcrübə 3–5 il Kateqoriya Mühəndislik
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Vəzifə haqqında
Vakansiyanın təsviri
- İstehsalat sahələrində istifadə olunan dəzgah və avadanlıqların avtomatika sistemlərinin fasiləsiz və etibarlı fəaliyyətinin təmin edilməsi;
- Avtomatika, idarəetmə və nəzarət sistemləri üzrə planlı texniki xidmət və profilaktik baxışların təşkili və icrası;
- Avadanlıqların avtomatika hissələrində yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- PLC, HMI, sensorlar, ötürücülər (drives), ölçü və nəzarət cihazlarının istismarı və texniki dəstəyi;
- Avtomatlaşdırma sistemlərinin texniki vəziyyətinin monitorinqi və təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Yeni avadanlıqların quraşdırılması, sazlanması və istismara verilməsi proseslərində iştirak;
- Təmir və texniki xidmət işlərinin planlaşdırılması və koordinasiyası;
- Texniki sənədlərin, hesabatların və istismar qeydlərinin aparılması;
- İstehsalatın fasiləsizliyinin təmin olunması məqsədilə aidiyyəti şöbələrlə əməkdaşlıq.
Xüsusi tələblər
- Avtomatika, Elektrik mühəndisliyi, Mexatronika və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
- İstehsalat müəssisələrində avtomatika sistemlərinin istismarı, texniki xidməti və təmiri sahəsində minimum 3 il iş təcrübəsi;
- Sənaye avtomatlaşdırma sistemləri və avadanlıqları üzrə praktiki biliklər;
- PLC, HMI, SCADA və sənaye kommunikasiya sistemləri üzrə biliklər;
- Sənaye şəbəkələri və kommunikasiya protokolları üzrə biliklər;
- Preventive Maintenance və TPM yanaşmaları üzrə biliklər;
- Elektrik sxemlərini və texniki sənədləri oxumaq bacarığı;
- MS Office proqramlarında sərbəst işləmək bacarığı;
- İngilis dili biliyi – yaxşı səviyyədə.
STP MMC