STP MMCSTP MMC

Elektromexanika üzrə Aparıcı Mühəndis

Sumqayıt 1 həftə əvvəl yerləşdirilib Mənbə
Tam ştat 3–5 il Mühəndislik
Aylıq maaş
Maaş göstərilməyib
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Vakansiyanın təsviri

  • Müxtəlif istehsal sahələrində (kabel, alüminium, polimer və digər istehsalat istiqamətləri) istifadə olunan avadanlıq və dəzgahların fasiləsiz istismarının təmin edilməsi;
  • Avadanlıqlar üzrə planlı texniki xidmət və profilaktik baxışların təşkili və icrasına nəzarət;
  • Elektrik, mexaniki, pnevmatik və hidravlik sistemlərdə yaranan nasazlıqların diaqnostikası və aradan qaldırılması;
  • CNC və digər sənaye avadanlıqlarının texniki vəziyyətinin monitorinqi;
  • Təmir işlərinin planlaşdırılması, koordinasiyası və keyfiyyətinə nəzarət;
  • Avadanlıqların məhsuldarlığının və etibarlılığının artırılması üzrə təkliflərin hazırlanması və həyata keçirilməsi;
  • Texniki sənədlərin, hesabatların və istismar qeydlərinin aparılması;
  • İstehsalatın fasiləsizliyinin təmin olunması məqsədilə aidiyyəti şöbələrlə əməkdaşlıq.

Xüsusi tələblər

  • Elektromexanika, Elektrik mühəndisliyi, Mexanika mühəndisliyi və ya digər uyğun texniki ixtisas üzrə ali təhsil;
  • İstehsalat müəssisələrində elektromexanika, texniki xidmət və ya avadanlıqların təmiri sahəsində minimum 3 il iş təcrübəsi;
  • Sənaye avadanlıqlarının istismarı, texniki xidməti və təmiri üzrə praktiki biliklər;
  • Lean Manufacturing, TPM və ya Preventive Maintenance yanaşmaları üzrə biliklər;
  • Elektrik və mexaniki sistemlərin iş prinsiplərini yaxşı səviyyədə bilmək;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • İngilis dili biliyi – yaxşı səviyyədə.

Müraciət üçün (CV): https://www.stpcareer.com/vakansiya-haqqinda/324

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et