MTM Müstəqil Tədris MərkəziMüstəqil Tədris Mərkəzi

Azərbaycan dili müəllimi

18 saat əvvəl yerləşdirilib Mənbə
Təhsil
Aylıq maaş
Maaş göstərilməyib
Son müraciət tarixi
11 avqust 2026
Oxşar vakansiyalara abunə olun
Yeni oxşar vakansiyalar email və ya Telegram-da gəlsin.
Abunə ol

Vəzifə haqqında

Tələbələrə uyğun vakansiya!

İş şəraiti

  • Format: Tam onlayn (distant), videoəlaqə
  • İş rejimi: Dərs cədvəlinə uyğun
  • Tədris dili: Azərbaycan dili
  • Əmək haqqı: Faiz əsaslı gəlir modeli

Hansı müəllimi axtarırıq

  • Azərbaycan dilini uşaqlara sadə dildə izah edən və onlayn dərsdə şagirdin diqqətini saxlamağı bacaran müəllim axtarırıq. 3-8-ci siniflərlə işləmək, monitorinq və lisey qəbul imtahanlarına hazırlıq təcrübəsi olanlara üstünlük veririk.

Əsas vəzifələr

  • 3-8-ci sinif şagirdlərinə onlayn Azərbaycan dili dərslərinin keçirilməsi
  • 4-cü və 6-cı sinif monitorinq imtahanına hazırlıq
  • Lisey və gimnaziyaların qəbul imtahanına hazırlıq
  • Qrammatika, oxu və yazı bacarıqları üzrə dərslərin aparılması
  • Dərs materiallarının və tapşırıqların hazırlanması
  • Şagirdlərin irəliləyişinin izlənməsi və valideynlərə müntəzəm məlumat verilməsi

Tələblər

  • 20-23 yaş bakalavr və ya magistr tələbəsi (Azərbaycan dili və ədəbiyyatı və ya filologiya ixtisası mütləqdir)
  • İbtidai və orta sinif Azərbaycan dili proqramına yaxşı bələdlik
  • Onlayn dərs üçün sabit internet, mütləq kompüter
  • Zoom və ya Google Meet, eləcə də rəqəmsal lövhə ilə işləmək bacarığı
  • Uşaqlarla səbirli və aydın ünsiyyət
  • Tədris təcrübəsi üstünlükdür; təcrübəsi az olan güclü namizədlərə də baxılır

Maraqlanan namizədlər CV-lərini “Müraciət et” düyməsində qeyd olunan formu doldurub göndərə bilərlər. Mövzu hissəsində “Azərbaycan dili Müəllimi” yazın.

MTM Müstəqil Tədris Mərkəzi
Müstəqil Tədris Mərkəzi

Oxşar vakansiyalar

Hamısına bax
Müraciət et